ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil Yüksək Texnologiyalar Parkını ziyarət edib və İnnovasiya Mübadilə Proqramının məzunları ilə görüşüb.


15 noyabr 2018-ci il tarixində “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində ABŞ-ın müvəqqəti işlər vəkili Vilyam Gil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) reallaşdırdığı ABŞ İnnovasiya Mübadilə Proqramı (USA Innovation Exchange Program) və proqram çərçivəsində Trans-Xəzər İnnovasiya Forumunu uğurla başa vurmuş iştirakçılar ilə görüş keçirmişdir. Görüş zamanı Vilyam Gil proqram məzunları ilə tanış olmuş və onların səfər barəsində fikirlərini dinləmişdir. Vilyam Gil səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda çıxış etmişdir. YTP-nin direktoru Tural Kərimli proqram haqqında öz fikirlərini bölüşmüş və gələcəkdə ABŞ akselerator və investorları ilə daha geniş əməkdaşlıq perspektivləri haqqında danışmışdır. Rəsmi hissədən sonra startaplar ilə birgə müzakirələr aparılmış və “Qlobal Sahibkarlıq Həftəsi” qeyd edilmişdir. Görüşdə startap nümayəndələri və gənc sahibkarlar iştirak etmişdir.
Məlumat üçün bildiririk ki, ABŞ İnnovasiya Mübadilə Proqramı (USA Innovation Exchange Program) çərçivəsində 3-12 noyabr tarixlərində YTP tərəfindən Azərbaycandan olan 17 startap nümayəndəsinin Silikon Vadisinə səfəri təşkil edilmişdir. Səfər çərçivəsində startaplar ABŞ-ın San Françisko, San Xose, Boston və Nyu York şəhərlərində Plug and Play, MassChallange, Apple, Nutanix, Cambridge Innovation Centre (CİC), Fullbridge, Venture Cafe kimi akseleratorlar, şirkətlər və investorlar ilə görüşlər keçirilmişdir. Səfər çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi və YTP tərəfindən 7-8 noyabr tarixlərində Boston şəhərində birgə təşkil edilən Trans-Xəzər İnnovasiya Forumunda iştirak edilmişdir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
113
Başlıqları
206
Reytinq
6.84

0 şərh

wuxiaworld
Çox faydalı məlumat, təşəkkür edirəm twitch

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər