Bakıda Turizm sahəsində ilk dəfə Startup yarışı keçiriləcək


Startup Weekend Travel Asan Xidmətin İnnoland innovasiyalar və Next Step innovasiyalar mərkəzinin təşkilatı dəstəyi ilə bu il Bakı da keçiriləcək. Bu haqda məlumatı tədbirin yerli təşkilatçılarından biri, NEXT Step İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. 3 gün davam edəcək və 16-18 noyabr tarixlərində baş tutacaq.
“Ölkəmizdə startup ekosistemi addım-addım inkişaf etməkdədir və bu prosesə qoşulan gənclərin sayının artmasi artıq zəruridir,” deyə Rəşad Eyvazov bildirib.
Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanan ideyalar ilə səyahət sahəsində marağı olan gənclər, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə keçiriləcək Böyük Finalda iştirak etmə şansı qazanır.
P
Qeyd edək ki, Startup Weekend Travel ölkəmizdə Azerbaijan Tourism Board’un, Paşa Travel-in və Coca-Cola –nın baş sponsorluğu ilə keçirilir.
Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək, 3 gün ərzində iştirakçılar, həmçinin, mentorlardan biznes məsləhətləri və tövsiyələrə də qulaq asacaqlar.
Yarış haqda ətraflı məlumatı, proqramı və qeydiyyat linkini rəsmi saytdan əldə edə bilərsiniz: communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/13411
Oflayn qeydiyyat üçün Next Step İnnovasiyalar Mərkəzinə yaxınlaşa bilərsiniz. Ünvan: AF Business House, Nizami küç.203B, Səməd Vurğun heykəlinin yaxınlığı.
Email: [email protected]
Əlaqə nömrəsi: +994555349927
Suallarınızı Baku Startup Weekend Facebook səhifəsinə ünvanlaya bilərsiniz.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
114
Başlıqları
206
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər