Yeni ili keçirmək üçün ən məşhur istiqamətlər - Aybilet


Yay tətili bitdi və hər kəs çoxdan məzuniyyətdən qayıdıb. Payızın bu qızmar çağında artıq yeni il planlarını etməyin vaxtıdır tam zamanıdır. 2017 və 2018-ci ilin aybilet.az da axtarışlarına əsasən azaərbaycanlı turistlərin yeni ili qarşılamaq üçün getmək istədiyi 5 ölkəni sıraladı:
Gürcüstan
Bu şəhər haqqında həyəcansız danışmaq çətindir. Burada Yer üzünün ən səmimi insanları yaşayır ki, onlar sizi turist kimi deyil, öz evlərinin qonağı kimi qarşılayırlar. Gürcüstanda ən dadlı çaxırlar və ən səmimi abu-hava var ki, burada keçirilən bayramı siz illərnən unutmayacaqsınız.
Rusiya
Sibirdə Yeni il — cəsarətli və unudulmaz bir bayram keçirmək istəyənlər üçün əla fürsətdir. Sirr deyil ki, Russiyada Yeni ilin gəlişi xüsusi təntənə ilə qeyd olunur. Bu səbəbdən Russiyanın istənilən şəhərində siz xüsusi bayram abu-havasını yaşayacaqsınız.
İstanbul
İstanbulun böyük ölçülü şəhər olmasına və qədim və zəngin tarixinə baxmayaraq, onun bütün əsas görməli yerləri yığcam formada yerləşir. Lakin butün bu yerləri siz çətin ki, bir-iki gün ərzində gəzib görə biləsiniz. Belə ki, qədim şəhərin atmosferi, istirahət və gəzintilər üçün gözəl şərait yaratdığından tələsməyə də ehtiyac qalmır.
Kiyev
Ukraynanın paytaxtı Kiyev — ən maraqlı şəhərlərdən biri və ölkənin mədəni və mənəvi paytaxtı hesab edilir. Təpəli ərazisi sayəsində, şəhər çox gözəldir və bu səbəbdən 20-dən çox baxış meydançasına sahibdir. Kiyevin böyük və maraqlı şəhər olduğunu nəzərə alaraq, şəhəri gəzmək üçün ən azı 2 gün vaxtınızı ayırmalı olacaqsınız.
Çexiya
Çeski-Krumlov — bayramlarda gözəl və təntənəli görünən nağıllara bənzər balaca şəhərdir. Şəhər layiqli olaraq YUNESKO-nun dünya irsi siyahısına daxildir. Əminik ki, Çeski-Krumlovda keçirəcəyiniz günlər sizin üçün yüksək səviyyəli mədəni tədbir olacaq.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
112
Başlıqları
197
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər