Azərbaycanda ilk dəfə uğursuzluq hekayələri paylaşıldı


Uğursuzluq iş dünyasında müvəffəqiyyətin bir hissəsi sayılır amma bizlər bunun haqqında hec zaman cox detallı danışmırıq. Dünən Bakıda Sup.az akselasiyasının təşkilatcılığı ilə “Fuckup Nights Baku” adlı beynalxalq tədbir keçirilmişdir.
“Fuckup Nights ” ilk dəfə 2012- ci iləd Meksikanın Mexico şəhərindən dünyaya yayılmışdir və hal hazırda dünyanın 80 ölkəsində, 250-dən çox şəhərində keçirilir.Çıxış zamanı spikerlər 7 dəqiqə ərzində 10 şəkildən istifadə edərək öz uğursuzluq hekayələrini təqdim edirlər.
Tədbirin spikerləri Ağahüseyn Əhmədov Günel Cənnətova və Cavid Ağa öz karyeralarındakı uğursuzluq hekayələrindən danışdılar.
Tədbirdə eyni zamanda iştirak edən şərəf qonaqlarından Meksikanın Azərbaycandakı səfiri cənab Xuan Rodrigo Labardini Flores çıxış edərək bu tipli beynalxalq tədbirlərin Azərbaycanda keçirilməsindən məmnunluq hissi kecirdiyini vurğuladı. İş dünyasındakı insanların müvəffəqiyyətləri ilə bərabər bəzən uğursuzluqları da olduğunu bildirdi.
Tədbir spikerlərə verilən sual-cavab sesiyası ilə yekunlaşdı.
Linklər: fuckupnights.com/baku/
www.facebook.com/funbakuazerbaijan/

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
111
Başlıqları
195
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər