Qadınlar arasında Startup yarışması keçiriləcək


Global Startup Weekend Women tədbirinə bu il Bakı da qoşulur. Bu haqda məlumatı tədbirin yerli təşkilatçılatçılarından biri, NEXT Step İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. “Hərəkətə keç” şüarı ilə keçiriləcək yarış 3 gün davam edəcək və 9-11 fevral tarixlərində baş tutacaq.

“Ölkəmizdə startup ekosistemi addım-addım inkişaf etməkdədir və bu prosesə artıq xanımların da qoşulması zəruridir. Startup Weekend Women ötən il Parisdə başlayan yarışdır və bu il artıq bir neçə ölkəni əhatə edən qlobal tıdbirə çevrilib. Azərbaycanın bu layihəyə qoşulması qadılnlar arasında startup anlayışı, öz işini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq kimi ifadələri möhkəmləndirərək, qadın biznes sahiblərinin sayını artıracaqdır,” deyə Rəşad Eyvazov bildirib.

Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanan ideyalar ilə qad;n sahibkarlar, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalıbı olan ideya isə mart ayında Parisdə keçiriləcək Böyük Finalda iştirak edı biləcək və Next Step İnnovasiyalar Mərkəsinin Sup.az aksellerasiya proqramında iştirak etmək haqqını qazanacaq.

Yarış barəsində ətraflı məlumatı və proqramı rəsmi saytdan əldə edə bilərsiniz: communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/12361#event-overview
Qeydiyyat üçün link: www.eventbrite.com/e/global-startup-weekend-women-baku-tickets-41546778533
Suallarınız olarsa facebookdan Baku Startup Weekend səhifəsinə ünvanlaya bilərsiniz.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
107
Başlıqları
194
Reytinq
6.84

1 şərh

judee
i am young professional woman looking to start my own business essay assignment help venture would anyone happen to know where i can find an out line or a details example of a business plan

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər