"Facebook"un proqram məhsulları üzrə meneceri Bakıda yerli startuplarla görüşəcək


28 dekabr 2017-ci il tarixində «Next Step» İnnovasiya Mərkəzində Azərbaycanın ilk startap akseleratoru olan «SUP Accelerator»un təşkilatçılığı ilə "#SupTalks" adlı növbəti tədbir həyata keçiriləcək. Silsilə xarakteri daşıyan "#SupTalks"ın bu dəfəki müzakirə mövzusu texniki startuplar üçün məhsulun artımını necə sürətləndirmək olacaq.

Bu dəfəki qonaq spiker isə San-Fransiskodan «Facebook» şirkətinin proqram məhsulları üzrə meneceri Dianna Yau olacaq.

Panel müzakirələr, əsasən araşdırma, məlumat analizi, bazar analizi, biznes modelləri tapmaq, tələbatın yaranması, məhsul bazarının uyğunluğu və uğurlu marketinq vasitəsilə məhsulun artımını sürətləndirmək üçün müxtəlif üsulları əhatə edəcək.

Görüş zamanı «Facebook» şirkətinin proqram məhsulları üzrə meneceri xanım Yau, həmçinin, Azərbaycanın texnoloji sahibkarları ilə fikir mübadiləsi aparacaq.

Tədbirlə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

www.facebook.com/events/1608491512522588/

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
107
Başlıqları
195
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər