“Baku Startup Weekend 2017”nin qalibləri məlum oldu


Dünyanın 150 ölkəsində baş tutan qlobal startup həftəsi bu dəfə 17-19 noyabr tarixlərində Bakıda keçirildi.
“Baku Startup Weekend”in bu dəfəki mövzusu fintech-maliyyə texnologiyaları sahəsini əhatə etdiyindən ilkin təqdimatlarda bu istiqaməti əhatə etdi. Təqdimatlar zamanı kredit, xərclər, ödəmə və digər maliyə məsələlərini əhatə edən problemlərin elekronlaşdırılıb optimallaşdırmasına dair 10-dan artıq ideya səsləndirildi və bundan sonrakı 45 dəqiqə ərzində səsvermə nəticəsində komandalar formalaşdırıldı. 3 günlük tədbirin növbəti günlərində komandalara mentorlarla ideyadan yekun məhsulun hazırlanmasına prosesinə dair konsultasiyalar və məhsulun biznes qabiliyyətini ölçən son təqdimatlar reallaşdırıldı

20-dən çox gənc proqramçının qatıldığı yarışda iştirak haqqı qazanmış komandalar isə bunlar oldu:
Credo
Lendazi
Helpwallet
Alot
Scredit

Bu komandalar arasından aşağıdakı komandalar fəqrlənərək qalib status qazandılar:

1-ci yerin sahibi – “Alot” startupı keçmiş post-sovet məkanında, eləcə də Azərbaycanda çox yayılmış lotereya oyunun onlayn versiyasıdır.
2-ci və 3-cü yerləri öz aralarında məhsulların kreditinin optimallaşdırmasına dair olan Credo və Scredit- banklar və kredit götürən arasında məlumatların elektonlaşdırma layihəsi bölüşdü. Sonda yarışın qalibləri müxtəlif dəyərli hədiyyələrlə təltif olundu.

Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan “Baku Startup Weekend” tədbirində komandaların 54 saat ərzində yeni məhsul hazırlamasını özündə ehtiva edən yarışmadır.
Onu da qey etmək lazımdır ki, 2007-ci ildən başlayan və dünyanın müxtəlif ölkələrində 2000-dən artıq uğurlu şirkət fəaliyyəti yaratmış Global Startup Weekend tədbirini bu il Techstar öz üzərinə götürmüşdür. Yerli səviyyədə Bakı Startup Weekend 2017 Next Step Innovation Center, Sup Accelarator, Khazar Ventures,Sabah,Technote,Tandem, ATL, Pizza-Mizza və digər şirkət və qurumlar tərəfindən dəstəklənməkdədir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
97
Başlıqları
186
Reytinq
6.84

1 şərh

yifitvaz
I think this is an informative post and it is very useful and knowledgeable. I really enjoyed reading this post. big fan, thank you!
yify

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər