Azərbaycanlılar tərəfindən təsis edilmiş startap regionun aparıcı akseleratoruna qəbul olundu


Maliyya” — Azərbaycanlılar tərəfindən qurulmuş innovativ maliyyə texnologiyası (fintech) startap-ı Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) Fintech Hive Biznes Akseleratorunun ilk qrupuna seçilmişdir
Fintech Hive regionun ilk maliyyə texnologiyaları akseleratorudur. “Yerli təşəbbüskarlar tərəfindən təsis edilən «Maliyya» P2P (peer to peer/şəxdən — şəxsə) prinsipinə əsaslanan investorlarla, borcalanları bir araya gətirən və maliyyə xidmətləri sahəsində inqilab etməyi planlaşdıran startapdır.

“Maliyya” startap-ı 30 ölkəni təmsil edən 100-dən çox startap arasından dan seçilmiş 11 startap-dan biridir. Seçim beynəlxalq konsultant şirkəti olan Accenture, Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) və partnyor maliyyə qurumları tərəfindən bu meyarlara əsasən aparılmışdır: təklif edilən innovasiyanın unikallığı, bazarda müəyyən bir boşluğu doldurması və sənayenin və istehlakçıların ehtiyaclarını ödəməsi.
Akselerator proqramı Accenture şirkəti ilə bərabər həyata keçirilməklə regionun maliyyə xidmətləri sənayesinin ehtiyaclarını ödəmək üçün yeni nəsil texnoloqgiya liderlərini və sahibkarları bir araya gətirir.

Proqram 2017-c il Avqust ayının 21-də balşayır və 3 ay müddətində dünyanının aparıcı beynəlxalq və yerli maliyyə qurumları, texnologiya və hüquq şirkətləri tərəfindən startap-lara sıx texniki və məsləhət dəstəyini təmin edir. “Maliyya” startup-i VİSA, CITI Bank, Standard Chartered, Dubay İslam İqtisadiyyatını İnkişaf Mərkəzi, Dubay Islam Bankı, Abu Dabi İslam Bankı, HSBC, Maşreq Bankı, Rakbank, Emirates National Bank, İBM, Facebook, Legal Support, Simons&Simons, Clyde & Co, və.s. aparıcı şirkətlər tərəfindən bu müddət ərzində dəstəklənəcəkdir.

Maliyya startap-ı Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilmişdir.Hər iki təsisçi ABŞ və Avropanın aparıcı biznes məktəblərində təhsil almışlar. Onların mencement konsaltinq, investisiyaların idarəedilməsi, hüquqi məsləhət, İslam Bankçılığı, strategi idarəetmə və biznesin inkişafı üzrə 30 ildən çox təcrübələri vardır.

Əlavə məlumat üçün aşağıdakı veb resurslara müraciət edə bilərsiniz:

fintechhive.difc.ae/
www.difc.ae/newsroom/press-releases/fintech-hive-difc-commences-inaugural-accelerator-programme
twitter.com/FintechHiveDIFC
www.maliyya.com
www.facebook.com/maliyyaofficial
twitter.com/maliyyaofficial

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
95
Başlıqları
184
Reytinq
6.84

2 şərh

OliviaMatthew
We take every vital measure to guarantee a venture's prosperity by endeavoring to meet and surpass our customer's desires. construction consulting. We apply the essential mastery to guarantee your venture is finished on time and to the most astounding proficient guidelines.
htmlcolor
Your article reflects the issue people are concerned about. The article provides timely information that reflects multi-dimensional views from multiple perspectives. I look forward to reading quality articles that contain timely information from you.
wingsio

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər