#STARTUPJURI - startup müsabiqələri üçün münsif axtarılır!


Məlum olduğu kimi son dövrlər startup müsabiqələri və bu müsabiqələrə maraq artmaqdadır. Müsabiqələrin mənfi müsbət tərəfləri barədə mütəmadi müzakirələr aparılmaqdadır. Bu müzakirələrin əsasını müsabiqədə iştirak edən startuplar təşkil edir. Lakin bu dəfə həmin müsabiqələrə bir qədər fərqli rakursdan yanaşıldı. Belə ki, Azərbaycanda bir sıra startup layihələrin müəllifi olaraq tanınan Elşad Yusifli sosial şəbəkələrdə #STARTUPJURI həştəqi ilə belə bir kampaniyaya start verib. E.Yusiflinin paylaşımında deyilir:

«Startup yarışmalarının demek olar ki hamısında jüri şikayətləri eşidirik. Düşünürəm ki ÜSTÜMÜZƏ İŞ DÜŞÜR. Hansısa tədbirə sponsorluq edən yada təşkilatçılıq edən qurumun daha competetive jüri getirməsində onlara kömək(!) lazımdır. Mənim fikrimcə startup yarışmalarında ancaq bu üç kateqoriya jüri ola bilər
1. Özunə məxsus biznesi olmaq
2. Hansısa biznesə/startupa yatırım etmiş olmaq
3. Öz startupını qurub pul qazanmiş olmaq
STARTUPJURI hashtag-i ile juri namizedlerini tag edek. Həm belə bir baza yaransın, həm də təq olunan biznesmenlər öz üzərlərində məsuliyət hiss etsinlər, tələbin fərqinə varsınlar»

«Bu baza yığılmalıdır, özümüz yığmalıyıq»- deyə E.Yusifli bildirib. Kampaniyaya qoşulmaq və fikir bildirmək üçün keçid:

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
97
Başlıqları
186
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər