«Seedstars World» müsabiqəsinin yerli seçimlərində finalda çıxış edəcək start-uplar


Məlumat verdiyimiz kimi 3 may 2017-ci il tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, Azercell MMC, PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında «Seedstars World» müsabiqəsinin yerli seçimləri keçiriləcək. Müsabiqədə aşağıdakı startaplar Azərbaycanı Seedstars Sammitində təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq.

Lunchify
TechSOS
Keepface
NewTimeBox
City Carrier
WakeMeUp
Buglance
YolGet

Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, Seedstars World ən yaxşı startapları müəyyən etmək, onlara 1 milyon ABŞ dollarına qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.

Seedstars World Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin qismində Azərbaycanın lider mobil operatoru Azercell-lə yaxından əməkdaşlıq edir.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
95
Başlıqları
184
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər