Rusiya Vençur şirkəti Bakıda praktik konsaltinq sessiyası keçirdi


16 Aprel tarixində Bakıda Praktik konsaltinqin regional sessiyası keçirilib (RSPK). Praktik konsaltinqin regional sessiyası, Rusiya Vençur Şirkətinin mütəmadi keçirdiyi silsilə tədbirə Azərbaycandan 40-dan çox sahibkar qatılıb. Bu tədbir sahibkarlara, öz layihələrinin investisiya qiymətləndirilməsini əldə etməyə və onların inkişaf etdirilməsi üçün bacarıqlara sahib olunmasına şərait yaradıb.

Bundan əlavə, iştirakçılar biznes-modelləşdirmənin təməllərini, investisiya prezentasiyalarının hazırlanmasını, ictimai çıxışların necə edilməsini öyrənmiş və öz layihələrinin inkişafı və kommersiyalaşması barəsində məsləhətlər əldə ediblər. Tədbir çərçivəsində Wake Me Up layihəsi təqdim olunub. Bu layihəyə əsasən, 4 gənc mühəndis, işdə yatan işçinin bu barədə xəbərdar olmasına imkan verən sistem üzərində çalışır. Xüsusi ötürücü, eynəyə bərkidilir. Daha sonra sistem, göz qırpması zaman göz qapaqlarının yumulmasının vaxt periodunu analiz edir. Beləliklə sistem nəticəyə gəlir ki, şəxs yatmaq üzrədir. Hazırda komanda artıq cihazın prototipini hazır edib və əgər hər şey yolunda gedərsə, onda təhlükəli işlərdə çalışan şəxslərin və bir çox sürücülərin həyatlarını xilas etmək mümkün olacaq. Layihənin təsisçisi Şahin Xəlilov etiraf edib ki, RSPK-da iştirak etmək üçün o, Prinstondan olan professorun mühazirəsini buraxıb.

Qazanc modeli tam aydın olmasa da, tədbir çərçivəsində daha bir layihə mütəxəssislərin diqqətini cəlb edib. CHEVIR adlı layihə hər-hansı bir təsviri analiz edir və müəyyən alqoritm vasitəsilə həmin təsviri, səsə çevirir. İstifadəçi, təsviri eşidə və ya hansısa fotonun necə səsləndiyini öyrənə bilir.

Məlumat üçün bildirək ki, 2017-ci ildə RSPK, Open Innovation Startup Tour (OIST) tədbirinin keçirildiyi şəhərlərdə təşkil olunur.

RSPK artıq 9 ildir ki, fəaliyyətdədir. Proqramın yarandığı 2008-ci ildən bəri 160 sessiya keçirilib. Keçirilmiş həmin sessiyalar çərçivəsində isə 1100-ə yaxın insan, praktiki bacarıqlar və biliklər əldə etmişdir. Bu proqram, Rusiya Vençur Şirkəti tərəfindən təsis edilib və GenerationS-in tərəfdaşlığı ilə keçirilir. Digər tərəfdaşlar: Open Innovation Startup Tour, YellowRockets operatoru, RSPK-nın Bakıdakı regional tərəfdaşı SUP Accelerator. İnformasiya dəstəyi: Technote.az və Technimum.com-dur.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
95
Başlıqları
184
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər