Startuplara necə investiya cəlb etmək olar? - Bakıda tədbir


Cari ilin 16 Aprel tarixində Bakıda Praktik konsaltinqin regional sessiyası keçiriləcək (RSPK). Azərbaycanın texnoloji startapları öz layihələri üzərində çalışıb, Open Innovation Startup Tour tədbirindəki mütəxəssis və investorların qarşısında olacaq çıxışa hazırlaşa bilərlər. Praktik konsaltinqin regional sessiyası, Rusiya Vençur Şirkətinin mütəmadi keçirdiyi silsilə tədbirdir. Bu tədbir sahibkarlara, öz layihələrinin investisiya qiymətləndirilməsini əldə etməyə və onların inkişaf etdirilməsi üçün bacarıqlara sahib olunmasına imkan verir.

2017-ci ildə RSPK, Open Innovation Startup Tour (OIST) tədbirinin keçirildiyi şəhərlərdə təşkil olunur. OIST, perspektiv texnoloji layihələrin axtarışına və yeni başlamış startap komandaların inkişafına töhfə verən irimiqyaslı layihədir. Bakıda keçiriləcək RSPK proqramına, biznes-modelləşdirmə əsası üzrə seminarlar, innovasiyalı menecment və komanda daxili təhsil daxildir. Ən böyük diqqət isə natiqlik bacarığı, investorlar üçün prezentasiya tərtibatı və layihələr üzərində individual iş bacarığına ayrılacaq.

Praktik iş zamanı iştirakçılar, tədbir mütəxəssisləri ilə birlikdə layihələrin maliyyə planlarının analizini aparacaq və investor və ya sənaye tərəfdaşı üçün sənədlərin düzgün tərtib edilərək prezentasiyasını təşkil etmək bacarıqlarına yiyələnəcəklər.Tədbirin sonunda hər bir layihə, GenerationS və Open Innovation Startup Tour-da iştirak üçün prezentasiyaların hazırlanması və tamamlanması üzrə tracking-plan əldə edəcək. OIST-in seçmə mərhələsindən keçmiş layihələr, RSPK-da pulsuz şəkildə iştirak edəcəklər.

Tarix: 16 Aprel 2017-ci il

Məkan: SUP Accelerator

Ünvan: Əhməd Rəcəbli 153, ATL. Group, 1-ci mərtəbə, Bakı.

RSPK Azərbaycan üçün buradan qeydiyyatdan keçmək lazımdır.

RSPK artıq 9 ildir ki, fəaliyyətdədir. Proqramın yarandığı 2008-ci ildən bəri 160 sessiya keçirilib. Keçirilmiş həmin sessiyalar çərçivəsində isə 1100-ə yaxın insan, praktiki bacarıqlar və biliklər əldə etmişdir. Bu proqram, Rusiya Vençur Şirkəti tərəfindən təsis edilib və GenerationS-in tərəfdaşlığı ilə keçirilir. Digər tərəfdaşlar: Open Innovation Startup Tour, YellowRockets operatoru, RSPK-nın Bakıdakı regional tərəfdaşı SUP Accelerator. İnformasiya dəstəyi: Technote.az və Technimum.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
97
Başlıqları
186
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər