Startuplara necə investisiya cəlb etmək olar? - Bakıda tədbir


16 Aprel tarixində Bakıda Praktik konsaltinqin regional sessiyası keçiriləcək (RSPK). Bu tədbir vasitəsilə isə yerli startaplar öz layihələri üzərində çalışıb, Open Innovation Startup Tour tədbirindəki mütəxəssis və investorların qarşısında olacaq çıxışa hazırlaşa bilərlər. Praktik konsaltinqin regional sessiyası, Rusiya Vençur Şirkətinin mütəmadi olaraq həyati keçirdiyi silsilə tədbirdir. Bu tədbir, sahibkarlara, öz layihələrinin investisiya qiymətləndirilməsini əldə etməyə və onların inkişaf etdirilməsi üçün bacarıqlara sahib olunmasına imkan verir.

Tədbirin keçiriləcəyi yer: SUP Accelerator

Ünvan: Əhməd Rəcəbli 153, ATL. Group, 1-ci mərtəbə, Bakı.

RSPK Azərbaycan üçün buradan qeydiyyatdan keçmək lazımdır.

RSPK artıq 9 ildir ki, fəaliyyətdədir. Proqramın yarandığı 2008-ci ildən bəri 160 sessiya keçirilib. Keçirilmiş həmin sessiyalar çərçivəsində isə 1100-ə yaxın insan, praktiki bacarıqlar və biliklər əldə etmişdir. Bu proqram, Rusiya Vençur Şirkəti tərəfindən təsis edilib və GenerationS-in tərəfdaşlığı ilə keçirilir. Digər tərəfdaşlar: Open Innovation Startup Tour, YellowRockets operatoru, RSPK-nın Bakıdakı regional tərəfdaşı SUP Accelerator. İnformasiya dəstəyi: Technote.az və Technimum.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
95
Başlıqları
184
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər