Taxify rəsmi olaraq Bakıda fəaliyyətə başladı


24 fevral — yəni bu gündən etibarən paytaxda fəaliyyət göstərən taksi xidmətlərinə daha biri qoşuldu. Azərbaycan bazarına qlobal rəqib statusunda qatılan Taxify-nin bu barədə yayımladığı məlumatda bildirilir:

Biz çox şadıq ki 24 fevral tarixindən etibarən Bakıda rəsmi olaraq Taxify fəaliyyətə başlayır. Bu gözəl günü qeyd etmək münasibətilə bütün Taxify gedişlərinə 40% endirim edirik.

Yeni tariflərimiz aşağıdakılardır:

0.35 AZN Başlanğıc gediş haqqı;
0.19 AZN hər KM;
0.015 AZN hər Dəqiqə.

Orta hesabla 10 KM-lik məsafə 2.50 AZN kimi hesablanır. Əlavə olaraq sifariş etmədən öncə tətbiqetmədə təxmini hesablama funksiyası var.

Ümid edirik ki gedişlərimizdən məmnun qalarsınız və xidmətimizi dostlarınızla da paylaşarsınız.

Taxify Bakı heyəti

Məlumat üçün bildirək ki, sistem sərnişinlərə sürücüləri, sürücülərə isə sərnişinləri qiymətləndirməyə imkan verir. «Taxify» mobil əlavəsini Android və iOS-ə yükləməklə müştərilər avtomobil sifariş edə bilərlər. Gediş haqqını mobil əlavə vasitəsilə ödəmək mümkündür.

Qeyd edək ki, ilk dəfə «Taxify» xidməti 2013-cü ildə Estoniyada buraxılıb. Bu gün xidmət 9 ölkədə, o cümlədən Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Latviya, Litva, Serbiya, Niderland və Meksikada fəaliyyət göstərir. Şirkət gələcəkdə daha bir neçə Avropa ölkəsində xidmətini genişləndirməyi planlaşdırır. Bundan əlavə bəzi ölkələrdə «Uber»ə rəqib taksi xidməti olaraq da qeyd olunur.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
97
Başlıqları
186
Reytinq
6.84

1 şərh

Orxan175
Salam.Mən bunu necə qeydiyat edim?

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər