Azərbaycandan olan startupların da iştirak etdiyi "Startup Turkey"də finala vəsiqə qazananlar


23 fevral 2017-ci il tarixində Türkiyənin Antalya şəhərində regionun məşhur startap tədbirlərindən biri olan «Startup Turkey»ə start verilib. 3 gün davam edəcək tədbirdə 700 iştirakçı, 150-dən çox investor və 50-dən çox startap iştirak etməkdədir.

Bu dəfəki tədbirdə Azərbaycandan olan startuplar da qatılıb. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Kvotter, Spinal, Expander (CustomAR), Omarov`s Game Studio, WeTravel layihələri tədbirdə iştirak edir.

Bundan əlavə tədbirdə yerli accelerator mərkəzi olan SUP Acceleratorun (sup.az) həmtəsisçisi Məmməd Kərim də iştirak edir.

Tədbir çərçivəsində bu gün keçirilən Demo Day-də startuplar investorlar qarşısında öz layihələrinin qısa müddətli təqdimatını keçiriblər. Ümumilikdə «Startup Turkey»də finala vəsiqə qazanan 15 startup isə aşağıdakılar olub:

3Z
Bilemezsin
BuyBuddy
Educain
Gymanya
Innovera Labs
Lucy
MyDutyFree
MyTrustedWill
Ofisim.com
Pepapp
Smart Mimic
Spinal
Taseron Bankası
Tespac

Azərbaycandan olan startuplardan isə "Spinal" finala vəsiqə qazanmağı bacarıb. Bundan əlavə finalçılar arasında bir müddət öncə Azərbaycan bazarında daxil olan, Ukraynanın MyDutyFree layihəsi də var. Bu startuplar tədbir çəçivəsində sabah axşam baş tutacaq yarış panelinda investisiya əldə etmək uğrunda mübarizə aparacaqlar.

Məlumat üçün bildirək ki, 2008-ci ildən Türkiyədə keçirilən qlobal «Startup Turkey» regionun ən yaxşı sahibkarları, investorları, innovativ şirkət və layihələri bir araya gətirir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
97
Başlıqları
186
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər