"SUP" Akselerasiya Mərkəzi 3-cü seçim turuna start verdi


«SUP» Akselerasiya Mərkəzi bugündən etibarən sayca 3-cü seçim proqramına start verir. Seçim turundan müvəffəqiyyətlə keçən startuplardan 3 aylıq proqram ərzində öz məhsullarını işlək vəziyyətə gətirib, kiçik də olsa, müəyyən dövriyyəni əldə etmələri tələb olunur. 3 ayın sonunda startaplar və potensial investorlarla görüşün təşkil edildiyi Demo Day keçirilir.
SUP Azərbaycanda startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə həyata keçirilən akselerator proqramıdır.Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir. Sup startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edir.

Proqramın sonunda isə ənənvi olaraq yerli və xarici investorların iştirakı ilə «Demoday» təşkil olunur. «Demoday»də, proqrama qəbul olan hər bir layihə öz təqdimatlarını həyata keçirərək, investorların diqqətini cəlb etməyə çalışırlar.
Əgər siz də əsasən qlobal yönümlü və müəyyən səviyyəyə gətirdiyiniz startapınız varsa buradan lazım olan məlumatları daxil edərək qeydiyyatdan keçə bilərsiniz.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
79
Başlıqları
169
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər