"Azərbaycan startup və innovasiyalar mövzusunda regional mərkəz ola bilər" - İmran Bağırov

Cari ilin 6-10 oktyabr tarixlərində Avrasiya regionunun ən önəmli rəqəmsal, iqtisadi tədbirlərindən biri hesab olunan "Startup İstanbul" ABŞ, Avropa, Asiya və Afrikadan gələn yüzlərlə sahibkar və investorun iştirakı ilə reallaşdırıldı. Bu il dördüncüsü təşkil edilən tədbirdə 135 ölkədən 25 minin üzərində startup iştirak edirdi.

Türkiyəni regionun startup mərkəzlərindən birinə çevirməyi hədəfləyən «Startup İstanbul»da Azərbaycandan olan iştirakçılar da var idi. Onlardan biri «Azercell» şirkətinin nümayəndəsi İmran Bağırov tədbirlə bağlı təəssüratlarını Technimum-la bölüşdü:

«Türkiyənin qlobal startup ekosistemindəki iddialarını əsaslandırmaq adına maraqlı bir tədbir gerçəkləşdi. Tədbirdə təqdim olunan startupların böyük əksəriyyəti Türkiyə bazarının yetirməsi olsa da, regional startaplar investor diqqəti üçün mübarizəsi çox əhəmiyyətli dərəcədə hiss olunurdu. Əsas diqqqət çəkən məqamlardan biri İstanbulun Silikon Vadisinə alternativ startup ekosistemi formalaşdırması ilə bağlı fikirlər oldu. Bu baxımdan Silikon Vadisində startupların sıxlığından yaranan innovasiya ekosistemi, ələlxüsus çoxsaylı İnkubasiya Mərkəzlərinin də əhəmiyyəti qeyd olundu».

Ölkəmizin də startup sahəsində son illər dövlət və özəl təşkilatlar tərəfindən bir sıra işlər reallaşdırdığını vurğulayan İ.Bağırov bu istiqamətdə Azərbaycanla bağlı perespektivləri də dilə gətirdi: «Bir qədər əzmkarlıq və müsbət nəticələr olduğu təqdirdə Bakının da regionun startup mərkəzinə çevrilmə perespektivi var. Lakin bunun üçün yerli İnkubasiya Mərkəzləri aktivliklərini artırmalıdırlar».

Məlumat üçün qeyd edək ki, İmran Bağırov yeni bir təyinatla professional fəaliyyətini «Azercell» şirkətinin Strategiya və İnnovasiya Şöbəsinin rəhbəri qismində davam edəcək.

Eyni zamanda «Azercell»in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri olan İ.Bağırov Strategiya, Marketing və Biznesin İnkişafı sahəsində 15 illik təcrübəyə malikdir. Biznes proses keyfiyyətinin idarə edilməsi üzrə Lean Six Sigma Usta Qara Kəmər dərəcəsinə sahibdir Bu günədək 150-dən artıq yerli və beynəlxalq biznes layihələrinə uğurla rəhbərlik etmişdir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
76
Başlıqları
169
Reytinq
6.84

Təhlil

Təhlil və araşdırmalar

Oxucuları
24
Başlıqları
65
Reytinq
2.73

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər