Sosial mediada növbəti müzakirə mövzusu: "Aybilet.az"


Zaman-zaman sosial mediada müzakirə mövzusuna çevrilən məsələlərə aydınlıq gətiririk. Bu dəfə isə yerli istifadəçilərin marağına səbəb olan "Aybilet.az” haqqında məlumat verəcəyik. Artıq xeyli müddətdir ki, sosial şəbəkələrdə istifadəçilərin birmənalı qarşılamadığı adlandırma ilə bağlı müsbət və mənfi istiqamətdə fikirlər bildirilir. Həmin fikirlərdən bəzilərini nəzərinizə çatdırırıq:





Bəs, əslində "Aybilet.az" nədir və bu adlandırma nəyə xidmət edir?
Bu suala cavab tapmaq üçün saytın müvafiq bölməsinə müraciət etdik. Məlumatda bildirilir:
Saytımız ən ucuz aviabiletləri tapmaqda Sizə kömək edir. Sistem, sorğunuza görə saniyələr ərzində, 728 avia şirkət, 5 bronlama sistemi və 40 agentlikdən sorğunuza uyğun qiymətləri toplayaraq, qiymətləri ən ucuzdan bahalıya doğru sıralayır. Beləliklə siz eyni bilet üçün həm artıq məbləğ ödəmirsiniz, həm də bütün saytları gəzərək vaxt itirmirsiniz. Bütün bunları biz Sizin əvəzinizə avtomatik edirik. Sistemimiz həftənin 7 günü 24 saat xidmətinizdədir.

Biz sizin üçün ən uyğun təklifləri sıralayırıq və siz bileti haradan alacağınıza özünüz qərar verirsiniz. İstifadəçi bilet qiymətini əldə edərkən heç bir əlavə məbləğ ödəmir, heç bir gizli şərt qoşulmur. Komisiyanı istifadəçilərdən deyil, vasitəçi şirkətdən alırıq. Geniş bazamız partnyorluğumuz nəticəsində böyük seçimlər və endirimli qiymət təklif edə bilirk. Təklif etdiyimiz şirkətlər, yalnız etibarlı şirkətlərdir.

Biz hər zaman ən uyğun qiymətlərin fərqindəyik və ya xəbərdarıq. Bizi sosial şəbəkələrdə izləyərək, məhdud sayda inanılmaz aviasəyahət qiymətlərdən ilk siz xəbərdar olacaqsınız.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
73
Başlıqları
165
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər