"SUP" qazanında qaynayanlar...

Yeni iş mövsümünün başlaması ilə İKT sahəsində də bir sıra yeniliklər gözlənilir. Bütün bunlardan xəbərdar olmaq üçün ölkənin bir sıra qabaqcılq telekommunikasiya şirkətlərində çalışan, hazırda Khazar VenturesSUP Acceleratorun həmtəsisçisi qismində professional karyerasına davam edən Məmməd Kərimlə söhbətləşdik.

Technimum: Məmməd bəy, SUPda işlər necədir? Qazanınız qaynayırmı?

Məmməd Kərim: Havalar sərinləşir, demək ki, yenə sup mövsümü açıq elan olunur. Əslində işlərə heç vaxt fasilə verməmişik. Yay boyunca da çalışmışıq. Bir sıra yerli investor və korporativ şirkət nümayəndələri ilə Silicon Valley-ə səfərlər etmişik. Bir neçə startuplara investisiya etmişik və s.

Technimum: Təxminən 9 aydır ki, SUP rəsmi olaraq fəaliyyət göstərir. İlkin nəticələrdən razısınızmı?

Məmməd Kərim: Ədalətli dəyərləndirmə apardıqda nəticələrdən razı qalmaq məcburiyətindəyik. Çünki vaxt və resurs imkanlarını nəzərə aldıqda çox işlər görülüb. Lakin buna baxmayaraq biz öz qarşımıza tamamı ilə fərqli hədəflər qoymuşuq. O hədəflərə isə hələ ki, çata bilmirik.

Technimum: Biznes rəqəmləri sevir, 9 ayın icmalını rəqəmlərlə ifadə edə bilərsinizmi?

Məmməd Kərim: Bu dövrdə 2 batch elan etdik, ikinci batch-i noyabr ayında yekunlaşdırmaq istəyirik. 7 startup üçün akselerasiya proqramı həyata keçirdik.Bunlardan 2-si (Shrippy, Reasy) toplam 150 min manatdan çox yatırım əldə ediblər. Startuplarımız Bakı, Tehran, İstanbul, Münix olmaq şərti 4 fərqli şəhərdə fəaliyyətlərini davam etdirir. Portfolio şirkətimiz Kvotter yenicə Amerikadan çox nüfuzlu təlim proqramından qayıdıb.
Lendock ölkədəki ən böyük sığorta şirkəti ilə bazara yenilikçi bir məhsulun çıxısına hazırlaşır.
Yəni kifayət qədər fəal bir dövrdəyik və demək olar ki, 30-40% uğur göstəricisi ilə yola davam edirik.

Technimum: Böhran dövründə fürsətlər bol olur və s. bu tipli fikirlər sizin planlarla üst üstə düşürmü?
Məmməd Kərim: Böhran idarə olunarsa fürsətlər meydana gələ bilər. Yəni xaotik yatırım qərarları və ya tam tərsinə çox preventiv, passiv hətta stop vəziyyəti kimi qərarlar heç bir fürsətə çevrilə bilməz. Mən sırf innovasiya xarakterli təşəbbüslərdə keyfiyyət artımı cəhətdən fürsətlərin olduğuna inanıram. Belə ki, bir qrup peşakar insanlar hal-hazırda əvvəlki şərtlərdə professional karyeralarına davam edə bilmirlər və bir çox halda yeni iş yerlərinə keçmək həvəsləri də olmur. Bu insanları müəyyən mənada startuplara cəlb etmək və faydalanmaq cəhətdən maraqlı bir dövrdür

Technimum: Yerli startuplar barədə fikirləriniz maraqlıdır. Sizin fikrinizcə, yerli startuplarımız müsbət mənada fərqlənə bilirlərmi beynəlxalq startuplardan?

Məmməd Kərim: Məqsəd sadəcə fərqlənmək olmamalıdır, ən azı birinci məqsəd o olmamalıdır. Məqsəd insanların həyatında fərq yaratmaqdır və məqsəd bu insanların sayının çox olması olmalıdır. Bu cəhətdən startuplarımız kifayət qədər qlobal düşünməyə başlayıblar. Hətta ilk dövrdə lokal görsənsələr belə “exit” planlarının ən azı regional olduğu görünür.Öz üzərində çalışan startup qabağa gedir, biz bunu son 9 ayda daha da yaxından müşahidə edə bildik.

Technimum: Sonda qısaca olaraq Khazar Ventures tərəfdə hansı işlər həyata keçir və ya planlaşdırılır, bu barədə məlumat verərdiniz?

Məmməd Kərim: Khazar Ventures hazırda müstəqil olaraq 3 layihəyə yatırım planları üzərində işlər aparır. Bunlardan biri (WeTravel) artıq baş tutub və San Franciscoda öz işinə davam edir. Digər iki layihə Berlin və Londonda fəaliyyət göstərir. Razılaşma əldə olunduqdan sonra geniş ictimaiyyətə ətraflı məlumat veriləcək.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
84
Başlıqları
177
Reytinq
6.84

Müsahibə

IT sahəsində çalışan insanlarla müsahibələr.

Oxucuları
4
Başlıqları
30
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər