Sup.az ikinci akselerasiya proqramına seçilmiş startapların adlarını açıqladı


ATLKhazar Ventures şirkəti tərəfindən təsis olunan Azərbaycanın ilk startap akseleratoru ( biznesi sürətləndirmə) olan SUP ikinci akselerasiya proqramına seçilmiş startapların adlarını açıqlayıb.
SUP-ın məlumatına əsasən, istinadən məlumat verir ki, seçilmiş startaplar SUP-dan 3 aylıq akselerasiya dəstəyi əldə edəcəklər.
İkinci akselerasiya proqramında iştirak haqqı qazanmış startuplar isə aşağıdakılardır:
3 aylıq proqram ərzində startuplardan öz məhsullarını işlək vəziyyətə gətirib, kiçik də olsa, müəyyən dövriyyəni əldə etmələri tələb olunur. 3 ayın sonunda startaplar və potensial investorlarla görüşün təşkil edildiyi Demo Day keçirilir.
SUP Azərbaycanda startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə həyata keçirilən akselerator proqramıdır.Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir. Sup startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
95
Başlıqları
184
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər