Nəqliyyat vasitələrinin icarəsini asanlaşdıran platforma: Lendock


Bu dəfə Sizə daha bir start-up barədə məlumat verəcəyik. Lendock adlanan bu platforma nəqliyyat vasitələrinin icarəsini daha asan təqdim etdiyini bildirir.

Lendock nədir?

Lendock nəqliyyat vasitələrinin (NV) icarəsi platformasıdır. Bu platforma istəyinizə uyğun olan nəqliyyat vasitələrini tam rahatlıqla tapmağa kömək edir. Burada fərqli növ NV tapa bilərsiniz. İstər adi sedan, toy avtomobili, istərsə də səyahət üçün avtobus. Bundan əlavə, Lendock bütün NV sahiblərinə pul qazanmaq imkanı verir.
Müştərinin “dərdi” nədir?

Hal-hazırda bir insan avtomobil axtarışı edəndə potensial müştərilər Google axtarış sisteminə müraciət edirlər. Axtarış nəticələri aşağıdaki şəkildəki kimi görsənir.

Axtarış zamanı əksər istifadəçiılərin müraciət etdiyi Google axtarış sisteminin verdiyi nəticələr.
Normalda istəyə uyğun avtomobili tapmaq üçün müştəri qeyd olunan keçidlərə bir-bir daxil olub, saytda axtarış edib, qiymətləri tapıb və aralarında büdcəsinə ən uyğun olan NV seçməlidir. Sonra müştəri avtomobilin lazım olan tarixdə olub-olmamasını, bəzi hallarda da icarə qiymətinin dəqiqləşdirilməsi məqsədi ilə, o rent-a-car şirkətlərlə bir-bir əlaqə saxlamalıdır. Elə hallar da olur ki, müştərinin təcili avtomobilə ehtiyacı var və bunu öyrənən o “şirkətlər” daha yuxarı qiymət ilə o avtomobilləri təklif edirlər. Çarəsiz qalan müştərilər məcbur daha baha qiymətə razı olub təklifi qəbul edirlər. Bu, çox böyük vaxt və pul itkisinə səbəb olur.

Lendock bu problemi necə həll edir?
Lendock.com platformasının əsas səhifəsi!

Lendock istənilən bir şəxsə platforma üzərindən büdcəsinə uyğun nəqliyyat vasitəsi tapmağa imkan yaradır. İstifadəsi çox rahatdır: icarə etmək istədiyiniz tarixləri, büdcənizi və NV növünü qeyd edərək axtarış edə bilərsiniz. Və ya, hazır axtar düymələrindən istifadə edib birbaşa nəticələrə keçə bilərsiniz.
Lendock-un üstünlükləri:

Çevik: Siz axtarışı çox tez bir zamanda edə bilərsiniz. Ana səhifədə olan axtarış panelini və ya üst menyuda yerləşən axtar paneli istifadə edə bilərsiniz.

Sərfəli: Bizim platformada avtomobillər ən sərfəli qiymətlərə verilir. Bizim platformada olan NV əsasən individual şəxslərdən götürülür, və onlar da əsasən daha sərfəli qiymətə icarəyə verirlər
Rahat: Lendock ilə istədiyiniz məqsədlərə uyğun axtarış edə bilərsiniz. Məsələn, Siz Toy maşını axtarırsınız. Bunun üçün çevik axtarış düyməsindən istifadə edərək toy maşınını seçə bilərsiniz.
Lendock-la pul qazanmaq olar.

Lendock istifadəçilərin icarə üçün NV axtarışını rahatlaşdırmaqdan savayı, həm də pul qazanmaq üçün çox əlverişli imkan yaradır. Belə ki, hər bir kəs öz NV bizim platforma üzərindən digərlərinə icarəyə verə bilər. Bununla siz icarədən gələn pulun 90%-ni əldə edirsiniz (10% Lendock-un əməliyyatlarına gedir). İcarə qiymətini və elanın platformada hansı vaxt məşğul və ya icarə götürülməyə uyğun olduğunu hər bir şəxs özü təyin edir. Bir həftə ərzində icarə olunmuş NV-dən orta hesabla 500AZN-dən yuxarı pul əldə etmək olar.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
73
Başlıqları
165
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər