YolYoldaşı "Sumqayıtdan gəlirik" layihəsinə start verir

Sürücü və sərnişinlər arası vasitəçi olan YolYoldaşı servisi yeni «Sumqayıtdan gəlirik» layihəsini həyata keçirir. Məqsəd: müntəzəm olaraq Sumqayıt — Bakı marşrutu ilə hərəkət edən insanlara alternativ, rahat və eyni zamanda ucuz səyahət təklif etməkdir. Hal-hazırda Sumayıt — Bakı arası qatar, taksi sürücüləri kifayət qədər mövcud olsalar da onlar sərnişinlərə ev qapısından — iş qapısına bənzər xidmət təklif etməkdə çətinlik çəkirlər. Biz inanırıq ki, bu yolu gedən avtomobil sahibləri boş yerlərə sərnişin götürməklə həm öz xərclərini azalda, həm də sərnişinlərə daha rahat servis təklif etmiş olarlar.

YolYoldaşı-nın Sərnişinlər üçün üstünlükləri:
  • Sumqayıt-Bakı qatar, avtobuslarından fərqi olaraq avtobağzal, 20 Yanvara deyil, şəhərin istənilən nöqtələrinə gələ biləcəklər. Qısa olaraq qapıdan qapıya xidmət.
  • Sumqayıt — Bakı taksilərindən istifadə edərkən hər gün fərqli insanların avtomobilinə minməli olursunuz. YolYoldaşı ilə bəlli bir sürücü ilə gedib-gələcəksiniz. Sərnişinləri yaxından tanıyaraq daha təhlükəsiz və maraqlı səyahət sizi gözləyir.
  • Qiyməti eyni yolu gedən sürücü ilə razılaşacağınızdan taksidən daha sərfəli olacağına inanırıq.

YolYoldaşı-nın Sürücülər üçün üstünlükləri:
  • Sizdən tələb olunan öz hərəkət qrafikinizi yolyoldasi.com/sumqayit/yeni ünvanına daxil olmaqla yeni səyahət olaraq əlavə etməkdir. Ondan sonra sərnişinlər özləri sizi tapacaqlar. Yəni 20 Yanvar dairəsində «Sumqayıta 1 manat çağırışı eləmək lazım deyil ;) „
  • Yanacağa sərf etdiyiniz məbləğı artıq sərnişinlərlə bölə bilərsiniz. Beləcə büdcənizə qanaət etmiş olacaqsınız.
  • Eyni zamanda şəxsi avtomobilinizdə hərəkət zövqünü davam etdirəcəksiniz!
  • Yollardakı sıxlığa səbəb olan taksi, avtobillərin azalmasına töhfə vermiş olacaqsınız.
Və daha nələr — nələr. Bütün bunlar yolyoldasi.com/sumqayit ünvanında

Onu da qeyd etmək yerinə düşər ki, YolYoldaşı “Sumqayıtdan gəlirik» kompaniyası ilə paralel digər istiqamətlərə olan səyahətlərin də qəbulunu davam edir. Azərbaycan və ya Gürcüstanı əhatə edən müntəzəm və ya müəyyən tarixdə olan səfərlərinizi sayta əlavə edə bilərsiniz.

Yeniliklərdən xəbərdan olmaq üçün Facebook səhifəmizi izləyin.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
76
Başlıqları
169
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər