Azərbaycan turizm sektorunda inqilab: RobiGuide


Son statisik məlumatlara görə (UNWTO World Tourism Barometer) dünya üzrə turistlərin sayı 2014 ildən bu yana 7-10 % artıb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi son məlumata görə isə ölkəmizə hər il orta hesabla 2,5 milyon turist gəlir. 2003-2013-cü illər ərzində Azərbaycanda əsas turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya yüksəlib. Bütün bu faktlar turizm sahəsində inilabi bir layihənin — Robi Guideın meydana çıxmasına zəmin yaratdı.

RobiGuide — elektron bələdçisi nəinki Azərbaycan bazarında, o cümlədən qlobal bazarda turizm sahəsində yeni tendensiyaları təmsil edir. RobiGuide layihəsinin unikallığı ondan ibarətdir ki, bu layihə paytaxtın yalnız üzdə olan hissələrini əhatə etməyəcək. Yəni, təkcə Bakının İçəri Şəhəri deyil, bütün Bakını və daha sonra bütün Azərbaycanı əhatə edəcək.

RobiGuide bütün tarixi abidələr, binalar, restoranlar, əyləncə mərkəzkəri, ofislər və s. barədə ətraflı məlumatı səsli (audio) və yazılı şəkildə istifadəçiyə təqdim edəcək. Məlumatlar istifadəçinin istəyindən aslı olaraq 3 dildə- Azərbaycan, Rus və İngilis dillərində təqdim olunacaq. Bundan əlavə, istifadəçilər xüsusi proqram vasitəsilə ətrafda olan əyləncə və istirahət mərkəzləri, otellər, ofislər, tarixi abidələr, restoranlar, menyular, onların qiymətləri və s. barəsində məlumatlar da əldə edəcəklər.
Layihə çərçivəsində ilk olaraq, Android əməliyyat sistemi istifadəçiləri üçün mobil tətbiq hazırlanıb. Daha sonra iOS və Windows Phone istifadəçiləri üçün də xüsusi proqramların yazılması nəzərdə tutulub. Proqram Microsoft sistemi üzərində, Google Map və E-gov API-ləri üzərindən də istifadə ediləcək.

Layihə rəhbəri Namət Məmmədzadənin sözlərinə görə “RobiGuide”ı öz-özlüyündə virtual personaja çevrirmək niyyətindədirlər: “Azərbaycan bazarında rəqibimiz yoxdur. Bizim layihənin innovativliyi ondadır ki, ölkəyə gələn turistlərin artıq turizm agentliklərinə müraciət etməklərinə ehtiyac qalmır. Artıq bələdçiyə pul ödəməyə ehtiyac yoxdur. Turist (və ya yerli əhali) bizim proqramı mobil telefona yükləyir. Şəhərə çıxdığı zaman istəyindən aslı olaraq özü axtarıb filtirləyib istiqamət seçə və ya onun telefonuna məlumat gəlir”.

Layihə turistlərin işini asanlaşdırmaqla yanaşı, əsas məqsəd olaraq Azərbaycanı tanıtmaq və ölkədə turzimin səviyyəsini qaldırmağa xidmət edəcək: “Son illər ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər də turist axınına təkan verir. Bunların davamı olaraq Şahmat Olimpiadasını, cari ilin yay aylarında keçiriləcək “Formula 1” Avropa Qran-pri yarışlarını qeyd etmək olar. Biz bu layihə vasitəsilə ölkəyə gələn tursitlərin rahatlığını təmin etməklə yanaşı, həm də ölkəmizin füsünkar təbiətinin, tarixi abidələrinin, müasir və gözoxşayan tikililərinin təbliğatına da yardımçı olmaq niyyətindəyik” – deyə N.Məmmədzadə bildirib.

İlkin mərhələdə RYTN tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyə dəstəyi ilə təqdim olunan layihənin gələcəkdə xarici ölkələrdə də icrası planlaşdırılır. Artıq bununla bağlı Türkiyə, Gürcüstan və Qazaxıstanla danışıqlar aparılır.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
73
Başlıqları
165
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər