KATV1 startap müsabiqəsinə start verdi


Aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 biznes-layihələr müsabiqəsinə start verdi. Mesabiqə çərçivəsində ən yaxşı ideyaların gerçəkləşməsi üçün imkan yaradılacaq. KATV1-dən verilən məlumata əsasən müsabiqənin əsas fərqi layihələrin məhz ideya mərhələsində qəbul edilməsindən ibarətdir ki, ən yaxşı ideyalar da KATV1-in dəstəyilə reallaşdırıla bilər.

Müsabiqənin sonunda üç ən yaxşı layihənin komandaları KATV1-ə dəvət edilib layihələrinin reallaşdırılması üçün hərtərəfli dəstəklə təmin olunacaqlar. Razılaşma çərçivəsində KATV1 şirkətin dəstəyilə həyata keçiriləcək biznes-layihədə pay sahibi olacaq.

Təqdim olunacaq layihələr aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:

• Layihənin uğurla reallaşdırılması üçün komanda;
• Azərbaycan bazarı üçün əsaslandırılmış biznes-model;
• Növbəti mərhələlər üçün inkişaf potensialına malik xidmətin və ya məhsulun aydın təsviri;
• İdeyanın biznes üçün yararlığı: gəlir əldə etmə imkanı;
• Cəmiyyət üçün sosial dəyər.

Layihələrin müsabiqəyə qəbulu 15 mart 2016-cı il tarixinədək davam edəcək. Seçilmiş layihələrin komissiyaya təqdimatı 25-30 mart tarixlərində keçiriləcək. Təqdimatdan sonra qaliblər seçilərək elan ediləcək.
Müsabiqədə iştirak etmək üçün layihələri (təqdimat və ya layihənin təsviri) [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd etmək lazımdır ki, KATV1 yeni biznes-məhsulların dəstəklənməsi və yaradılması istiqamətində apardığı işlərinə görə ən fəal şirkətlərdəndir. Hazırda KATV1-in dəstəyilə Myvideo.az, 119 çağırış-mərkəzi, AGFM radiokanalı, TMB beynəlxalq musiqi telekanalı və s. bu kimi layihələr uğurla fəaliyyət göstərir. 2016-2017-ci illərdə nəinki Azərbaycan, həm də region bazarlarına istiqamətlənən bir neçə biznes-layihənin reallaşdırılması da planlaşdırılır.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
97
Başlıqları
186
Reytinq
6.84

Provayderlər

Provayderlərdən yeniliklər

Oxucuları
1
Başlıqları
4
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər