Azərbaycanda ilk yerli masaüstü oyun: “Grand Bazaar”


Azərbaycanda ilk yerli orijinal masaüstü oyun “Grand Bazaar” işıq üzü görmüşdür. Dünya üzrə milyonlarla sevənləri olan bu hobbi ölkəmizdə yeni formalaşmaqdadır və masaüstü oyunları da Azərbaycanda populyarlaşdıran məhz “Grand Bazaar” oyununun müəllifi Sənan Mahmudovdur.

8 yaşdan yuxarı hər kəsin oynaya biləcəyi bu oyunun əsas prinsipi qiymətli daşların – sapfir, yaqut və zümrüd – ticarəti ilə ilkin kapitalı artırmaqdır. Oyun 2 nəfərdən 7 nəfərə qədər iştirakçının bir masa ətrafında toplaşmasına və onların Orta Əsrlərə səyahət edərək özlərini tacir kimi hiss etməyə imkan yaradır. Hal-hazırda elektron avadanlıqların və informasiya-kommunikasiya texnologiyalarının həyatımıza ciddi inteqrasiya etdiyi dövrdə belə bir asudə vaxtın səmərəli, ekranlar qarşısında deyil, ailə və dostlarla birlikdə keçirilməsini təşviq edən layihələr təqdirə layiqdir. S.Mahmudov bildirmişdir ki, əsas məqsəd insanları bir araya gətirərək bir masa ətrafında toplamaq, onların şən atmosferdə riyazi biliklərini, məntiqi təfəkkürlərini, resurslardan faydalı istifadə etmək qabiliyyətlərini inkişaf etdirmək, maliyyə savadlıqlarını artırmaqdır. Oyunun dizaynının Şərq motivləri və üslubunda olduğunu, Azərbaycanın subliminal reklamını özündə ehtiva etdiyini, Azərbaycan dili ilə yanaşı oyun qaydalarının rus və ingilis dilində olduğunu bildirən S.Mahmudov qeyd etmişdir ki, əsas hədəf oyunu xarici ölkələrdə populyarlaşdırmaq, oyunun xarici dövlətlərə, masaüstü oyunların populyar olduğu ölkələrə eksport potensialını tam istifadə etmək və dünya oyun bazarına “Made in Azerbaijan” brendli keyfiyyətli və rəqabətə davamlı məhsul təqdim etməkdir. Oyunu www.bgbaku.com saytından sifariş etmək mümkündür.

Məlumat üçün bildirmək istərdik ki, masaüstü oyunlar bazarının illik həcmi 9 mlrd ABŞ dolları təşkil edir. Bu oyunların ən çox populyar olduğu ölkələr siyahısına isə Almaniya, ABŞ, Kanada, Fransa, Niderland, İsveçrə, Rusiya, Çin, Avstraliya və Yaponiya daxildir. Masaüstü oyunlara həsr olunmuş ən böyük sərgi isə hər ilin oktyabr ayında Almaniyanın Essen şəhərində təşkil olunur. 2015-ci ildə 4 gün davam edən sərgidə 162 min insan iştirak etmişdir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
103
Başlıqları
191
Reytinq
6.84

1 şərh

BachJohann
our music is astounding. You have some extremely skilled craftsmen. I wish you the best of accomplishment. putlocker

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər