Sup.az: Azərbaycanda Startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə akselerator proqramının fəaliyyətinə start verildi


Azərbaycanda intensiv akselerator proqramı Sup.az-ın açılışı baş tutub.Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir. Yerli və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə Bakının gələcəkdə texnoloji mərkəzə çevrilmə potensialı da müzakirə olundu. Sup startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edəcək.
Sup özünü daha çox beynəlxalq startap ekosisteminə yaxşı bələd olması və inteqrasiya olması ilə fərqləndirməyə çalışır. Proqram zamanı beynəlxalq mentorlarla yanaşı yerli uğurlu sahibkar və biznesmenlər də öz təcrübələri və tövsiyələrini startaplarla paylaşacaqlar.

3 aylıq proqram ərzində startaplar öz məhsullarını işlək vəziyyətə gətirib, kiçik də olsa müəyyən dövriyyəni əldə etmələri tələb olunur. 3 ayın sonunda startaplar və potensial investorlarla görüşün təşkil edildiyi Demo Day keçiriləcək. Sup.az yerli staraplar üçün bir növü qaynayan qazana çevriləcək. Təcrübələrin, biliklərin və ideyaların məcazi mənada bərabər bişdiyi bir məkan.

Göstərilən dəstək və xidmətlərin əvəzinə Sup.az hər bir layihədə 2-12% həcmində payçı olmağı planlaşdırır.

“Əsas məqsədimiz keyfiyyətli startapların meydana gəlməsi və onları qloballaşdırmaq üçün zəruri şəraiti yaratmaqdır. Qloballaşmanın ilkin mərhələsi kimi Avropanın bəzi texnoloji mərkəzlərini ağlımızdan keçiririk. Berlin və London ağırlıq təşkil etməklə bir sıra avropa akseleratorları artıq münasibətlər qurulmuşdur. Maliyyələşmə hal-hazırda yerli startaplar üçün əsas problemlərdən biridir, bu istiqamətdə Avropa və Yaxın Şərqdəki partnyorlarımızın imkanlarından istifadə etməyi düşünürük” deyə layihənin təsisçilərindən Məmməd Kərimov fikrini bildirmişdir.

“Akselerator proqramının məzunlarının şəbəkəsinin yaradılması və gələcəkdə onların mentorlarla uzun müddətli münasibətlərinin qurulması əsas prioritet istiqamətlərimizdən biridir. İkinci əsas dəyərimiz isə startaplara verəcəyimiz texniki dəstəklərdir ki, bunun dəyərininn çox olduğuna inanırıq” deyə layihənin təsisçilərindən Nail Vəliyev öz fikrini bildirib.

Xatırladaq ki, Sup.az akselerator proqramı ATL və Khazar Ventures şirkəti tərəfindən birgə səylər nəticəsində meydana gəlib.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
101
Başlıqları
188
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər