Rockstart Answers Baku #1 Tədbirində Çıxış Edəcək Startapların Siyahısı Açıqlandı

Rockstart Answers Baku
Əziz oxuyucular, sizə həyacanla bildirmək istəyirik ki, Khazar Ventures şirkətinin və Technimum onlayn jurnalının təşkilatçılığı ilə baş tutacaq Rockstart Answers Baku #1 tədbirində çıxış etmək üçün 5 startap layihə seçildi! Seçilən layihələr:
  • Appoll Ustad
  • Flapus
  • RobiGuide
  • BethClip
  • Ustam
Məs bu layihələr sentyabrın 11 saat 11:00-da YTP-tə keçiriləcək tədbirdə çıxış edib çoxlu sayda rəy və suallarına cavab alaraq layihələrini daha düzgün istiqamətləndirmək üçün müvafiq biliklər qazanacaqlar.

Əgər siz də Bakının startap ekosisteminin inkişafında iştirak etmək istəyirsinizsə, dəvətnamənizi buradan əldə edə bilərsiniz: www.eventbrite.com/e/rockstart-answers-baku-1-tickets-18132135706. Diqqət: Dəvətnamələrin sayı məhduddur.

Tədbirdə iştirak edin, startapların çıxışlarını izləyin və onlara öz təcrübənizdən irəli gələn məsləhətlər verib ölkədə startap ekosisteminin inkişafına dəstək olun!

P.S. Sizi dadlı yeməklər və maraqlı mövzular gözləyir.



Tədbir 11 sentyabr Yüksək Texnologiyalar Parkında saat 11:00 — 14:00-da baş tutacaq. Ünvan: Nizami k. 203-B, AF Business House, 3-cü m.

Tədbirin facebook səhifəsi: www.facebook.com/events/899762556740315/

Tədbirin rəsmi səhifəsi: www.rockstart.com/events/rockstart-answers-baku-1-2/

Əlavə: Technimum-un təşkilatçılığı ilə YTP-də Rockstart Answers Baku tədbiri keçiriləcək

Aid olduğu bloglar

Technimum

Technimum — saytının blogu. Saytda olan son yeniliklər.

Oxucuları
6
Başlıqları
11
Reytinq
0.00

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
94
Başlıqları
181
Reytinq
6.84

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
233
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər