Technimum-un təşkilatçılığı ilə YTP-də Rockstart Answers Baku tədbiri keçiriləcək

Rockstart Answers Baku
ƏLAVƏ: Rockstart Answers Baku #1 Tədbirində Çıxış Edəcək Startapların Siyahısı Açıqlandı

Yerli startapların inkişafına təkan vermək üçün Khazar Ventures şirkəti və Technimum onlayn jurnalı yeni bir tədbirə start verirlər.

Rockstart Answers Baku tədbiri «Təşəbbüskarlardan Təşəbbüskarlara» sloqanı ilə keçirilir və sentyabrın 11 saat 11:00 — 14:00-da YTP-də baş tutacaq.

Rockstart Answers startaplara çoxlu sayda rəy bildirmə, və ən çətin suallarını cavablandırma sistemi üzərində qurulub. Ümumilikdə, tədbirdə çıxış etmək üçün müraciət edən layihələrdən 5 startap seçiləcək. Təşəbbüskarlar səhnədə öz çıxışlarını edərkən 5 slayd nümayiş edəcəklər və öz sualını verəcəklər. Daha sonra dəvət olunmuş qonaqlar, onların sıralarında sahibkarlar, təşəbbüskarlar, startap təsisçiləri, industriya liderləri və investorlar dəqiqləşdirici suallar verib startap barədə rəylərini (feedback) yazılı formada bildirəcəklər və sualını cavablandıracaqlar.

Tədbir 3 x 3 formatında keçiriləcək:
  • 3 dəqiqə təqdimata ayrılır
  • 3 dəqiqə auditoriyadan suallara ayrılır
  • 3 dəqiqə yazılı formada rəy bildirmək üçün ayrılır



Startaplara:
Tədbirdə iştirak etmək üçün ərizəni doldurmağınız lazımdır: podio.com/webforms/12155877/835461

İştirakçılara:
Pulsuz dəvətnamə əldə etmək üçün bura buyurun: www.eventbrite.com/e/rockstart-answers-baku-1-tickets-18132135706

Tədbir 11 sentyabr Yüksək Texnologiyalar Parkında saat 11:00 — 14:00-da baş tutacaq. Ünvan: Nizami k. 203-B, AF Business House, 3-cü m.

Tədbirin facebook səhifəsi: www.facebook.com/events/899762556740315/

Tədbirin rəsmi səhifəsi: www.rockstart.com/events/rockstart-answers-baku-1-2/

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
95
Başlıqları
184
Reytinq
6.84

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
234
Reytinq
1.13

Redaktorun Seçimi

Seçilmiş yazıların toplandığı bloq

Oxucuları
1
Başlıqları
58
Reytinq
0.00

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər