Mobchannel - informasiya əldə edilməsi prosesini asanlaşdıran yeni sistem

Azərbaycanlı startupçılar informasiya əldə edilməsi prosesini asanlaşdıran yeni sistem yaradıblar. Mobchannel adlanan layihənin əsas üstünlüyü insanların vaxtına qənaət etməsi və lazımı informasiyanı axtarış etmədən izləyə bilməsidir.
Mobchannel
Platformanın məhz 22 iyul – Milli Mətbuat günündə təqdim ediıməsi təsadüfi deyil. Layihənin rəhbəri Vaqif Abbasov bildirib ki, Mobchannel əksər yerli və xarici mətbuatı bir mənbədə toplayan sistemdir: “Artıq insanlar onlara maraqlı olan bütün növ məlumatları vahid platformadan izləyə bilərl2014-cü ildə apardığımız “İnsanlar internetdən nə üçün istifadə edir?” adlı araşdırmamızda bəlli oldu ki, internet istifadəçiləri internetdən informasiya əldə etmək üçün istifadə edirlər. Bəs bizə lazım olan informasiyaları necə əldə edirik, hansı mənbələrdən, hansı formada əldə edirik və buna nə qədər zaman sərf edirik kimi suallar ortaya maraqlı nəticələr çıxardı. Məlum oldu ki, internet istifadəçiləri uzun zaman sərf etmələrinə baxmayaraq doğru informasiyanı əldə etməyə çətinlik çəkirlər. Biz də bu problemi həll etmək üçün Mobchannel adlı platformanı qurduq. Mobchannel insanlara lazım olan məlumatları axtarış etmədən əldə etməyə kömək edən platformadır. İstifadəçi sistemdə təyin olunmuş 15 kanal üzrə (xəbər, maraqlı, kino, tədbirlər, səyahət, vakansiya, alış-veriş, əmlak alqı-satqısı, avtomobil alqı-satqısı və s.) istədiyini seçib, profil məlumatlarını daxil edir. Bununla o axtardığı məlumatların avtomatlaşdırılmış şəkildə əldə olunmasını təmin edir və lazımı məlumat olduğu təqdirdə bildiriş funksiyası ilə ani xəbərdar olmuş olur”.
Mobchannel
İnternet inkişaf etdikcə veb-saytların sayı sürətlə artmaqdadır. Netcraft-ın məlumatına görə 2013-cü ilin iyun ayında 673 milyon olan veb səhifələrin sayı 2014-cü ildə 969 milyona yüksəlib. Bir il ərzində 300 milyona yaxın yeni vebsayt açılıb. Zaman keçdikcə bu rəqəmlər daha da artacaq və biz lazım olan informasiyanı əldə etməyə çətinlik çəkəcəyik və ya lazımı informasiyanı əldə etməyə böyük zaman sərf edəcəyik. İnformasiya xaosu artıq yaşanmaqdadır. Məsələn, iş axtaran bir nəfər bütün vakansiyalardan məlumatlı olmaq üçün hər gün onlarla vakansiya saytlarına daxil olub özünə uyğun iş elanlarının olub-olmamasını yoxlamalıdır. Və ən əsası o, bunu iş tapanadək hər gün davam etdirməlidir.
Mobchannel
Mobchannel platformasında istifadəçi 15 kanaldan istədiyini seçərək öz profilini yaradır, həmin kanallar üzrə məlumatları əldə etməyə başlayır. Profilinə uyğun yeni məlumatlar olduğu zaman bildirişlər alaraq dərhal xəbərdar olur. Məsələn, istifadəçi vakaansiya kanalında axtardığı işə uyğun olaraq filterləri (məkan, maaş, işin növü və s.) seçir. Bu zaman həmin filterlərə uyğun iş elanları varsa istifadəçiyə təqdim olunur və ya yeni iş elanları olduğu zaman istifadəçiyə bildirişlər gəlir. İstifadəçi bunun kimi digər 14 kanalda da profilini yaradaraq ona lazım olan məlumatları axtarış etmədən əldə edə bilər.

Hazırda proqram Android əməliyyat sistemli telefonlar üçün mövcuddur: play.google.com/store/apps/details?id=com.verrasoft.mobilechannel

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
107
Başlıqları
194
Reytinq
6.84

1 şərh

tino27
Very nice post. Interesting news. I like the way you write it. http://www.thenaturalgirls.com

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər