Startup Grind Azərbaycanda öz təmsilçiliyini açır

Dünyanın 175 şəhərində təmsil olunan bu təşkilat startup icmalarının inkişafı üçün nəzərdə tutulub. Təşkilatın fəaliyyəti Google şirkəti tərəfindən dəstəklənir və hal-hazırda 70-dən çox ölkədə davam edir.
Startup Grind
Əsas məqsədi yerli startup icmalarının inkişafı olan Startup Grind əsas dəyərləri kontaktlar əvəzinə dostlar qazanmaq, uğurları paylaşaraq daha böyük uğurlara imza atmaqdır. Azərbaycan üzrə təmsilçilik razılaşması Startup Grind-ın baş ofisi və Khazar Ventures arasında imzalanıb.

Startup Grind Bakı tədbirləri mütəmadi olaraq hər ay ən azı 1 dəfə olmaq şərti ilə müxtəlif müsahibə və sual cavab sessiyalarından ibarət olacaq.

Təşkilatın Azərbaycan üzrə təmsilçisi Sənan Mahmudov ilk tədbirin avqust ayında baş tutacağını bildirib.
Startup Grind Baku
Technimum adından uğurlar arzu edirik.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
112
Başlıqları
195
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər