Elnur Babayev: "CYCLEE cihazının yayın axırlarına doğru istehsal olunacağını gözləyirik"

Technimum-un bu dəfəki müsahibi CYCLEE icadının təsisçisi, dizayner Elnur Babayevdir.
Elnur Babayev
Technimum: CYCLEE nədir?
Elnur Babayev: CYCLEE, qısaca, velosipedçilərin gecə velosiped sürüşlərini təhlükəsiz şəkildə sürmələri üçün bir cihazdır. Bu cihaz arxadan gələn maşın sürücüsü tərəfindən velosipedçini görməyə imkan yaradır. İşləmə prinispi çox bəsitdir, velosipedin arxasına quraşdırılan kiçik cihaz velosiped sürücüsünün bel nahiyəsinə 4 işarə əks etdirir. Bunlar «stop», «sağa — sola dönmə» və standart velosiped işarəsidir. Heç bir xüsusi hərəkət olmayan zaman velosiped işarəsi görsənir. İşarələr sürücünün hərəkətlərinə görə dəyişir, məsəl üçün əyləcə basanda avtomatik stop işarəsi peyda olur, qabaqdaki kontrol düymələrinin vasitəsi ilə isə, sağa və sola düymələrini basanda müvafiq işarələr görünür.

Technimum: CYCLEE ideyası necə fikrinizə gəlib?
Elnur Babayev: Deməli, mən onsuzda Sənayə Dizaynı məzunuyam, 2005-ci ildə Türkiyədə Middle East Tech University-nin Industrial Product Design fakultəsini bitirmişəm, və bu tipli ideyaları mütamadi olaraq fikirləşirəm. İndustrial Design-ın məqsədi bazarda olan sənayə məhsullarına bir həll yolu tapmağdır, burada istənilən əşya və ya cihaz ola bilər, istər ayaqqabı, istər telefon, istərsə də avtomobil, yanı, hər şeyi əhatə edir, lakin, dizayndan əlavə hansısa bir problemin həll yolunu tapmaqla daha da maraqlı edir. CYCLEE-ni düşünməyə başlayanda velosiped sürücülərinin qəza problemlərinin daha yaxşı həll yolu necə tapa bilərəm deyə fikirləşdim. Bazardaki digər məhsulları araşdırdım, başqa həll yolları da var. Məsəl üçün, asfalta lazer ilə işıq vururlar, fikirləşdim, hansı ki, bu çox da effektiv deyil. Bu həllin əsas problemi işarənin çətin görünməsidir. Həmçinin, əyninizə geyinilən jiletlər var, bu həll yolunun problemi də odur ki, sizi xüsusi geyim geyinməyinizə məcbur edir. Ona görə də, bütün bu problemləri əhatə edən, həm görünüş səviyyəsində, həm də insanların üzərində işarənin görsənməsi üçün belə bir ideya ağlıma gəldi. Və bu icadın dünya mediasında bu qədər əks səda yaradılması da, mənə bu ideyanın daha effektiv olmasını fikirinə gətirir. Bu ideyanın daha bir kreativ hissəsi odur ki, velosiped sürücüsünün bel nahiyəsini mən bir pano kimi istifadə edirəm. Bu layihəni araşdıranda da fikirləşdim ki, qabaqda hazır bir pano var, niyə də onu işarələri əks etdirmək üçün istifadə etməyim.
CYCLEE
Technimum: İdeyanın hansı aspektləri artıq reallaşdırılıb?
Elnur Babayev: İdeya hal-hazırda test mərhələsindədir, və ortada real məhsul hələ ki yoxdur. Real məhsulun yayın axırlarına doğru istehsal olunacağını gözləyirik. Hüquqi məsələlərə gəldikdə, patent və müəllif hüquqları məsələləri üçün prosedur başlanılıb. Onu da qeyd etmək lazımdır ki, artıq işlə maraqlanan yerli investorlar da var.

Technimum: Belə bir cihazın istehsalı baha başa gəlir? İdeya reallaşarsa, istifadəçilər bu cihazı hansı qiymət civarında əldə edə biləcəklər?
Elnur Babayev: Ümumiyyətlə, sənayədə məhsulun ilkin qiyməti onun qəlibindən asılıdır. Lakin, qəlib hazırlanandan sonra növbəti istehsalatlar artıq nisbətən ucuz olur. Satış qiymətinə gəldikdə isə, digər standart həll yolları civarında olacaq. Təxmini, 30-40 ABŞ dolları civarında olacağını düşünürük, sadəcə, həmin qiymətə daha yaxşı həll yolu təklif edirik.

Technimum: Bu ideyanın uğurla tamamlanmasına nə dərəcədə inanırsınız?
Elnur Babayev: Açığı, ümid etmək pis bir şey deyil (gülür). İnanıram ki, alınacaq. Hal-hazırda, hər şey öz yolu ilə gedir, və ümid edirəm ki, tərs gedən heç bir şey olmayacaq. Yatırımçı şirkət artıq bu işin Avropadaki mütəxəssisləri ilə danışıb, və bu işlərdə əvvəlcə təcrübəsi olan şirkətlərlə iş görüləcək. İşi risk altına atmaq kimi bir versiyamız yoxdur.

Technimum: İnvestorlar artıq maraq göstərirlər?
Elnur Babayev: Qeyd etdiyim kimi, investorlar əlbətdə ki, maraq göstərirlər. Yerli investorlarnan artıq anlaşmışam. Amma, hal-hazırda dünyanın hər yerindən hələ də təkliflər gəlir. Həmçinin, istehsal olunandan sonra fərqli ölkələrdə cihazın satışını əldə etmək üçün də təkliflər gəlir. Bununla əlaqədar, Azərbaycanda CYCLEE adında bir şirkət qurulub, və anlaşma ilə əlaqədər bütün maraqlananları onlara yönləndirirəm.
CYCLEE
Technimum: Sosial media istifadəçiləri ən çox bu sualı verirlər: Mən qırmızı rəngdə köynək geyinirəmsə, işarələr köynəyin üzərində görünəcək?
Elnur Babayev: Bu maraqlı sualdır, 9GAG Facebook qrupunda soruşmuşdular, səhf etmirəmsə. Əslində bu cihaz gecə sürüşü üçündür, çünki, gündüz sürüşündə onsuzda velosipedçi görünür. Qəzaların çoxu da məs gecə baş verir. Gecə vaxtı ağ rəngdə köynək belə geyinsəniz, yenədə işarələr görsənəcək. Amma buna baxmayaraq, biz bunu yenədə nəzərə almışıq, və bu işığın gücünü Avropada mütəxəssis bir şirkətə həvalə etmişik. Biz örnəklərə də nəzər yetirmişik, və onların işıq gücü gündüz vaxtı belə görsənə bilir. Yenədə qeyd edim ki, bu layihə əsasən gecə yürüşləri üçün nəzərdə tutulub, lakin biz gündüz məsələsini də həll etməyə çalışacayıq.

Technimum: CYCLEE ideyasından başqa startup tipli ideyalarınız var?
Elnur Babayev: Bəli, var. Əslində, buna qədər də məndə bir neçə idəya var id. Açığı, son bir ildə bir neçə yer axtarırdım ideyalarımı satmaq üçün, lakin, tapa bilmirdim. Bu dəfə isə belə oldu ki, təkliflər özləri məni tapmağa başladı. Hal-hazırda daha bir neçə ideyam var, onları da inkişaf etdirib reallaşdırmağa çalışacam.

CYCLEE layihəsi haqqında daha ətraflı burada öyrənmək olar.

Biz isə öz növbəmizdə Elnur Babayevə gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
108
Başlıqları
195
Reytinq
6.84

Müsahibə

IT sahəsində çalışan insanlarla müsahibələr.

Oxucuları
4
Başlıqları
30
Reytinq
1.13

1 şərh

tino27
There are many interesting information here. Wow it looks really awesome http://www.armartec.com

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər