Xərcim.az - bütün endirim kartlarınızı bir yerdə toplayacaq tətbiq

Xərcim.az
Günümüzdə demək olar ki, gündəlik alış-veriş etdiyimiz müəssisələrin hər biri öz sadiqlik sistemini hazırlayaraq, müştərilərinə plastik kartlar paylayaraq, onlara endirimlər və aksiyalardan yararlanma imkanı verirlər. Lakin, bu kartların verdiyi üstünlüklər ilə yanaşı, onların çoxluğu əlavə bir problemə çevrilib. Bütün bu kartları daşımaq, harda hansı birindən istifadə etməyi təyin etmək və s. əməlli başlı bir problemə çevrilib. Ancaq, üzülməyə dəyməz. Məhz bu problemi aradan qaldırmağı özünə məqsəd qoyan Xərcim.az tətbiqi sizi plastik kartları üstünüzdə daşımaqdan qurtaracaq.

ƏLAVƏ OXU: Startuplar və media: Nəyi necə təqdim edək?

Xərcim.az tətbiqi Azərbaycanlı gənc iş adamları tərəfindən hazırlanmış mobil cüzdan tətbiqidir. Bu tətbiqə siz müxtəlif sadiqlik sistemlərinin kartlarını toplaya və lazım olan yerlərdə yalnız telefonunuzdan istifadə edərək, həmin kartların verdiyi imkan və üstünlüklərdən yararlana bilərsiniz.

Tətbiqinin ilk versiyası istifadəyə veriləndə, orada yalnız sadiqlik sistemləri kartlarını əlavə etmək və Bakı şəhəri üzrə 500-dən çox yerdə keçərli olan sadiqlik sistemləri haqqında məlumat yerləşdirilmişdir.

Xərcim.az
“Tətbiqin ilk versiyası olduğundan bir çox səhvlər və uyğunsuzluqlar mövcud olsada, bir çoxunu aradan qaldırdıqdan sonra, tətbiqin ikinci versiyası üzərində işə başladıq və hazırda kartların əlavə edilmə fünksiyası da sadələşdirilərək, sistemdə mövcud olan kartlar arasından seçərək, hesaba əlavə etmə imkanı verdi”, — bu barədə Xərcim.az-ın rəhbəri Orxan Əhmədov mobil tətqbin 2-ci versiyasının hazırlanmasından danışarkən deyib. Onun sözlərinə görə, Xərcim.az tətbiqinin 2-ci versiyasında müxtəlif yeniliklər əlavə edilib: “ Bu yeniliklərin həm istifadəçilər, həm də iş adamları tərəfindən dəyərləndiriləcəyinə əminik. Əvvəlki versiyada kartların dizaynını hazırlayıb maksimal dərəcədə karta oxşatsaq da, yeni versiyada bu fikirdən daşındıq. Əsas problem o idi ki, kartlar şəkil formasında hazırlandığından istifadəçinin internet trafikinə təsir edirdi, bütün kartları bir-bir hazırlamaq zaman alırdı, hər hansı bir kartın şəklində olan bir səhv bütün tətbiqin işləməməsinə səbəb olurdu. Yeni versiyada isə qərarlaşdırdıq ki, kartları rəngarəng edək və istifadəçiyə lazım olan əsas məlumatları yerləşdirək. Üstəlik kartların əlavə edilmə fünksiyası da sadələşdirilərək, sistemdə mövcud olan kartlar arasından seçərək, hesaba əlavə etmə imkanı verdik".

ƏLAVƏ OXU: Lüks geyim və əşyaların satıldığı yerli startup LuxOut.az

İkinci yenilik Xüsusi Təkliflər bölməsinin hazırlanması oldu. Bu bölmədə müxtəlif şirkət və müəssisələrin öz müştərilərinə təqdim etdikləri endirim və aksiyalar bir yerə toplanıb: “Məqsədimiz isə müxtəlif şirkət və müəssisələrin öz müştərilərinə təqdim etdikləri endirim və aksiyaları bir yerdə toplamaq və daha geniş istifadəçi kütləsinə onlar haqqında xəbərdar etməkdir. Hazırda xüsusi təkliflər bölməsinin ilk versiyasındayıq və artıq növbəti versiyalarımızda daha da interaktiv imkanlar verməyə hazırlaşırıq. İndilik isə istifadəçilər təqdim edilən aksiyalar haqqında məlumat əldə etməklə, promo koddan yararlana və qənaət edə bilər”.
Xərcim.az
Digər bir yenilik isə, kütləvi endirimlər təklif edən müəssisələr üçün hazırlanmış bölmədir ki, burada da əsasən Supermarketlər və Retail sahəsində çalışan müəssisələr yüzlərlə məhsulun yerləşdirildiyi və aylıq çap edilən bülletenləri, elektron formada müştərilərinə çatdıra bilərlər.

Xərcim.az-dan bildiriblər ki, bu yeniliyin bir neçə üstün cəhəti var: “Belə ki, ilk növbədə kağız çapına və təbii olaraq xərclərə qənaət edilmiş olur. İkincisi müştərilər istədikləri malları daim öz telefonlarından izləyə bilərlər ki, bu da alış-veriş zamanı rahatlıq verir. Əlavə olaraq müəssisələr tez-tez çap səhvləri və ya gözlənilməz qiymət dəyişikliklərindən əziyyət çəkirlər. Biz isə bu problemi təmamilə aradan qaldırmağa imkan veririk. Bu yenilik də hal-hazırda test mərhələsindədir və növbəti verisyalarımızda daha da təkmilləşdirməyi planlaşdırırıq”.

ƏLAVƏ OXU: alkredit.az: 30 saniyə ərzində bank kreditini əldə etmək imkanı

Yeni tətbiqdə Alkredit.az layihəsi ilə əməkdaşlığa da başlanılıb və Xərcim.az istifadəçiləri tətbiqdən istifadə edərək, Alkredit.az platforması üzərindən taksit və kreditkartlarına rahatlıqla müraciət edə bilərlər.

Hal-hazırda istifadəyə verilmiş tətbiq təbii ki, işlərin sonu deyil. Bundan sonra da, tətbiqdə vacib və yeni funksiyalar əlavə ediləcək. Qeyd edək ki, Xərcim.az layihəsi Bakcell AppLab, Azərbaycan Respublikası Yüksək Texnologiyalar Parkı və Azərbaycan Respublikası Prezindetinin yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə yaradılmışdır.

Tətbiqi yükləmək üçün: Play.Google.com

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
109
Başlıqları
195
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər