Bakıda biznes-inkubatorlar. Nə var, nə yox?

Startup-ların və innovativ layihələrərin əmələ gəlib fəaliyyət göstərməklərində biznes-inkubatorlar, sözsüz ki, böyük rol oynayırlar. Bu mərkəzlər startup-lara ideyanın yaradılmasından başlayaraq, layihənin kommersiyalaşdırılmasına qədər dəstək ola bilirlər. Məs ona görə, biznes-inkubator mərkəzinin seçiminə diqqətlə yanaşmaq lazımdır. Onun düzgün seçimi sizin gələcək layihələrinizə nəzərə çarpan dərəcədə təsir göstərə bilər.

ƏLAVƏ OXU: İnvestorları öz startup-ınıza necə cəlb edə bilərsiniz?

Beləliklə, Technimum sizin üçün Bakıda fəaliyyət göstərən biznes-inkubatorları araşdırıb, məlumatı bölüşür:

Pi Campus (Yüksək Texnologiyalar Parkı)


High Tech Park Azerbaijan
High Tech Park Azerbaijan
High Tech Park Azerbaijan
Pi Campus inkubasiya mərkəzi 2014-cü ilin fevral ayından fəaliyyətə başlayıb.

Ofis:
  • Sərbəst istifadə üçün masalar
  • Ayrılmış iş stansiyası
  • Ayrılmış ofislər
  • Görüş/Seminar otaqları
  • İstirahət otağı
  • Yüksək Texnologiyalar Parkı BG
Xidmətlər:
  • Yüksək sürətli internet
  • Bütün kommunal xidmətlər (elektrik enerjisi, su, və istilik sitemi daxil olmaqla)
  • Yerli və beynəlxalq ekspertlər tərəfindən biznes, liderlik, texniki və dil təlimlərini daxil edən Təhsil Proqramı
  • Yerli və beynəlxalq biznes mentorları tərəfindən Mentorluq Proqramı
  • Avadanlıq idarəetməsi
  • Konsaltinq
Qiymətlər:
  • Pi Campus inkubasiya mərkəzinin təqdim etdiyi qiymətlərlə burada tanış ola bilərsiniz
  • Startup-lar və freelance developerlər co-working ərazisindən ödənişsiz istifadə edə bilərlər
Qeydiyyat:
  • Pi Campus inkubasiya mərkəzində burada qeydiyyatdan keçə bilərsiniz
Ünvan:
  • Nizami Küç. 203-B, AF Business House, 3rd Fl. (tel: +994 12 493 1400)
Rəsmi səhifə:

AppLab


Applab Bakcell
Applab Bakcell
Applab Bakcell
AppLab biznes-inkubatoru 2014-cü ilin sonlarından xidmət göstərməyə başlayıb.

Ofis:
  • Developerlərin fəaliyyəti üçün ayrılmış 2 otaq
  • Konfrans otağı
  • Masaüstü kompüterlər, noutbuklar, Mac-lar
  • İstirahət guşəsi
  • Mətbəx və xüsusi avadanlıq
Xidmətlər:
  • Sərbəst istifadəyə verilən kompüterlər və noutbuklar
  • Yüksək sürətli internet
  • Tətbiqlərin test olunması üçün cihazlar (smartfonlar, planşetlər, mobil nömrələr və 3G internet)
  • Müvafiq sahənin peşakarları ilə pulsuz konsaltinq (Bakcell menecmenti, Qualcomm əməkdaşları)
  • Müxtəlif sahələr üzrə təlimlər
  • Özəl marketinq kanallarının və məhsullarının köməyi ilə, tətbiqlərin bazara daxil olmasında köməyin göstərilməsi
Qiymətlər:
  • Proqramın iştirakçıları üçün xidmət tamamı ilə pulsuz göstərilir
Qeydiyyat:
  • Applab proqramına qatılmaq üçün bura daxil olun
  • [email protected] e-mail ünvanı ilə əlaqə saxlayın
Ünvan:
  • Üzeyir Hacıbəyov küç. 48, 3rd floor, Sahil metrosunun yanı, (tel: +99412 498 94 44, +99455 590 00 96)
Rəsmi səhifə:

QUTechnopark


QUTechnopark
QUTechnopark
QUTechnopark
Qafqaz Universiteti Texnoparkı 2013-cü ili yanvar ayından fəaliyyət göstərir.

Ofis:
  • QUtechnopark-da 1 ədəd İnkubasiya Mərkəzi fəaliyyət göstərir
  • Ayrılmış ofislər
  • Oyun otağı
  • Elektik, isitmə, soyutma, havalandırma, təmizlik, mühavizə
  • QUtechnopark-da fəaliyyət göstərən rezidentlər barədə məlumat
Xidmətlər:
  • Şirkətlərin və startupların fəaliyyəti üçün lazım olan bütün zəruri ehtiyaclar
  • Sürətli internet
  • Mentorluq, hüquqi və s. xidmətləri verilir
  • Ekosistemin inkişafı üçün innovasiyaların tətbiqinə və inkişafına yönəlik müxtəlif layihələr həyata keçirilir
  • Yeni Fikir müsabiqəsi
  • Təşəbbüskarlıq Seminarları
  • İşgüzar Çevrənin İnkişafına xidmət göstərən görüşlər
Qiymətlər:
  • 1 kv.metr sahə üçün aylıq 7 manat kirayə hesablanır
Qeydiyyat:
  • Qeydiyyatdan keçmək üçün bura müraciət edin
Ünvan:
  • Qafqaz Universiteti, Xırdalan şəh., Həsən Əliyev küç., 120 AZ0101, (tel: +994 (12) 349-99-58)
Rəsmi səhifə:

Fabrika Coworking Center


Fabrika Coworking Center
Fabrika Coworking Center
Fabrika Coworking Center
Fabrika Coworking Center biznes-inkubatoru cari ilin yanvar ayından fəaliyyətə başlayıb

Ofis:
  • 2 böyük ümumi otaq
  • 10 nəfərlik konfrans zalı
  • Toplantı otağı (günə 30 dəq. ödənişsiz)
  • Tədbirlərin və təqdimatların keçirilməsi üçün lövhə
  • Mətbəx (çay və şirniyyat pulsuz)
  • Kofe-maşın
  • Printer, skaner, sürətçıxarma
Xidmətlər:
  • İnternet, kommunal xərclər
  • Korporativ e-poçt
  • Veloparkinq
  • Kitabxana
  • Oyunlar (Monopoly, Virtual Basketbol oynamaq üçün xüsusi lövhə, tədbiqi yükləmədən sonra oynamaq mümkündür — iOS üçün, Android üçün)
  • Otaqların kirayəsi
  • Kino gecələri
Qiymətlər:
  • «Bir ay qalacam» — 150 AZN (+Korporativ e-poçt, toplantı otağının istifadəsi və ödənişli tədbirlərə pulsuz giriş)
  • «Bir həftəlik Layihə» — 70 AZN
  • «Bir-iki günə gəlmişəm» — 15 AZN
  • «Startap» (2 nəfər — bir ay) — 200 AZN
  • «Startap komanda» (3-4 nəfər — bir ay) — 300 AZN
Əlavə təkliflər:
  • «Fabrika» Zalı (50-70 nəfərlik)
    • 1,5 saat — 100 AZN
    • 3 saat — 200 AZN
    • 8 saat — 400 AZN
  • "İntellekt" Zalı (70-90 nəfərlik)
    • 1,5 saat — 100 AZN
    • 3 saat — 200 AZN
    • 8 saat — 400 AZN
  • Böyük toplantı otağı (8-10 nəfərlik)
    • 5 saat — 25 AZN
    • 3 saat — 50 AZN
    • 8 saat — 100 AZN
  • Kiçik toplantı otağı (2-3 nəfərlik)
    • 1 saat — 10 AZN
Qeydiyyat:
  • Qeydiyyat üçün (012) 498 64 73 nömrəsi ilə əlaqə saxlamaq olar
Ünvan:
  • 92, Nizami Street, tel: (012) 498 64 73
Rəsmi səhifə:

Barama


Barama
Barama
Barama
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2014-cü ildən etibarən biznes-inkubator olaraq fəaliyyət göstərir.

Ofis:
  • Geniş açıq işçi sahəsi
  • Layihələrin qonaqlarını qarşılaya biləcəyi 10 nəfərlik görüş otağı
  • Xüsusi tədbirlərin keçirilməsi üçün 60 nəfərlik ağıllı lövhəli konfrans zalı
  • Oyun zalı
  • İstirahət üçün 2 nəfərlik istirahət guşəsi
  • Mətbəx
Xidmətlər:
  • 7/24 saat fəaliyyət
  • Kompyuter, internet və layihələrin ehtiyacı olan müxtəlif texniki dəstək
  • Startup-ın biznesə çevrilməsi üçün xüsusi yaradılmış, individual inkubasiya proqramı
  • Azercell şirkəti tərəfindən İKT, hüquq, maliyyə, biznesin inkişafı, strategiya, partnyorluq və marketing konsultasiyaları
  • Azercell şirkəti tərəfindən telekommunikasiya dəstəyi
  • İnkubasiya proqramını bitirmiş layihələrə partnyorluq görüşlərinin təşkili
  • İnkubasiya proqramını bitirmiş layihələrlə investorların görüşlərinin təşkili
  • Startup Exchange Proqramı
  • Telia Sonera şirkətlər qrupu xətti ilə Avrasiya regionunda 20-dən artıq ölkə ilə əlaqə imkanı
Qiymətlər:
  • Biznes-inkubatorda iştirak edən startup-lar üçün ödəniş tələb olunmur
Qeydiyyat:
  • Startup ideyanızı təklif etmək üçün bura daxil olun
Ünvan:
  • Khojali distr.37 AZ 1025. (tel: +994 50 2310575)
Rəsmi səhifə:

İnnovativ Biznes-İnkubator (ADİU)


İnnovativ Biznes-İnkubator
İnnovativ Biznes-İnkubator
İnnovativ Biznes-İnkubator
İnnovativ Biznes-İnkubator 20 may 2014-cü ildən fəaliyyət göstərir.

Ofis:
  • İşləmək üçün ayrılmış 2 otaq
  • 120 kv.m startup zona
  • Kompüter avadanlıqları
  • Təlim mərkəzi
Xidmətlər:
  • Xüsusi təlimlər, biznes təlimləri
  • Dil kursları
  • Master klaslar
  • Mentorluq və konsaltinq xidmətləri
Qiymətlər:
  • Startup proqramında iştirak ödənişsizdir
  • Digər şəxslər üçün ofis icarəsi 60-80 AZN civarındadır
Qeydiyyat:
  • Onlayn qeydiyyatdan keçmək üçün bura daxil olun
Ünvan:
  • AZ 1001, İstiqlaliyyət 6, ADİU, otaq 1, (tel: +99412 492 31 21, +99450 856 02 01)
Rəsmi səhifə:

ƏLAVƏ OXU: Startuplar və media: Nəyi necə təqdim edək?

Gələcəkdə şəhərimizdə daha bir-neçə biznes inkubator fəaliyyətə başlamağa hazırlaşır. Technimum sizinlə tədricən yeni mərkəzlər barədə məlumatları paylaşacaq.

Yeniləmə №1: Bakıda yeni biznes-inkubator fəaliyyətə başladı (BBF)
Yeniləmə №2: Bakıda yeni biznes-inkubator fəaliyyətə başlayır (Next Step)

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
72
Başlıqları
165
Reytinq
6.84

Redaktorun Seçimi

Seçilmiş yazıların toplandığı bloq

Oxucuları
1
Başlıqları
57
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər