“Startap Azərbaycan 2015” müsabiqəsində 22 startup iştirak edəcək

Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 1 fevral tarixindən «Startup Azərbaycan 2015» Layihəsinə start verilir. Layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Təşkilat Komitəsində bu il müsabiqəyə təqdim edilən 34 startap layihəsinin müsabiqəyə buraxılması və qiymətləndirilməyə təqdim edilməsi məsələsinə baxılıb.
Startup Azerbaijan 2015
Startap Azərbaycan TK tərəfindən müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 22 startap müsabiqəyə qəbul edilib və artıq ilkin qiymətləndirmə üçün ekspertlərə təqdim olunub.

Müsabiqəyə təqdim edilən startapların siyahısı www.startup.az resursunda yerləşdirilib. Ekspertlər qaydalara uyğun olaraq startapların ilkin qiymətləndirilməsini bir həftə müddətində həyata keçirəcək və onların dəyərləndirməsi əsasında yarımfinalçılar müəyyən olunacaq. Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər aprel ayının sonunadək finalçıları müəyyən edəcəklər. Finala çıxan startaplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.

Startap Azərbaycan Yekun Təqdimat mərasiminin və ənənəvi «Startap Azərbaycan 2015” Milli Konfransının may ayının əvvəlində keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.

İstinad olunan mənbə: ictnews.az/read-36039-news-1.html

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
107
Başlıqları
194
Reytinq
6.84

1 şərh

rakitik23
it is very nice to read it. Very useful stuff here you describe. http://londonescortssweets.co.uk

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər