Pebble Time ağıllı saatı Kickstarter-in tarixində ən uğurlu startup oldu

Pebble Time ağıllı saatının yeni modeli üçün Kickstarter-də başlanan kampaniya 1 milyon ABŞ dollarını cəmi ilk 40 dəqiqə ərzində yığa bilmişdir. O vaxtan bir ay keçib və crowdfunding-aksiyasının təşkilatçıları kompaniyanın nəticələrini yekunlaşdırarkən məlum olduki, bu məhsul Kickstarter-in tarixində ən uğurlu layihə oldu.
Pebble Time
Beləliklə, istənilən şəxs 30 gün ərzində Pebble Time saatını əldə etmək üçün tələb olunan məbləğı daxil edə biləcəyi aksiyada, crowdfunding-aksiyasının təşkilatçıları 20 338 986 ABŞ dolları yığa biliblər. Bəli, səhf eşitmədiz, təşkilatçılar 20 milyon dolları keçə biliblər. Və bu yeni rekorddur.

Qeyd edək ki, 2014-ci ilin dekabr ayına qədər yığılan məlumata görə, saatın ilk modelini 1 milyon adam əldə etmişdir. Yeni modelin crowdfunding-aksiyası zamanı isə 78 000 adam artıq öz saatlarını əldə edəcəklər.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
107
Başlıqları
194
Reytinq
6.84

1 şərh

rakitik23
Keep writing. I am very grateful for sharing such information. https://www.londonescortsservice.co.uk

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər