Startup-ınızı pulsuz reklam etməyin 11 yolu.

Startup yeni qurulanda adətən büdcə kifayət qədər limitli olur. Bunun üçün startup qurucusu qurduğu saytı və ya mobil tətbiqi maksimum dərəcədə az xərclə reklam etməyə çalışmalıdır ki, startup maliyə böhranına görə fəaliyyətini dayandırmasın. Saytınızı və ya mobil tətbiqinizi aşağıdakı yollarla pulsuz reklam edə bilərsiniz.

1. Email toplayan bir səhifəlik sayt qurun: Startup qurulmamışdan əvvəl yaxşı olar ki, bir səhifəlik sayt qurub maraqlanan istifadəçilərdən xidmətiniz və ya məhsulunuz haqqında ətraflı məlumat almaq üçün email ünvanlarını daxil etməyi xahiş edəsiniz. Beləliklə saytınız və ya mobil tətbiqiniz fəaliyyətə başlayanda artıq müəyyən sayıda istifadəçiniz olacaq.

2. Bloq yazın: Yaxşı olar ki, bloqunuzu bir səhifəlik email toplayan sayta birləşdirəsiniz. Beləliklə bloqunuzda yazdığınız maraqlı məlumatları oxuyan oxuyucular birbaşa saytınıza yönəlmiş olacaq.

3. Məlumatları sosial şəbəkələrdə tez tez paylaşın: Startup haqqında olan bütün yenilikləri facebook, twitter və ya Google + da paylaşın və dostlarınızdan eyni məlumatları paylaşmağı xahiş edin.

4. Youtube-da maraqlı və gülməli video çəkib paylaşın: Adətən insanlar maraqlı və gülməli videoları öz dostları ilə paylaşırlar. Beləliklə videoyaya baxan istifadəçilər saytınıza istiqamətlənirlər.

5. Mətbuata çıxın: Qəzət və jurnallarda yazanlar adətən yazmaq üçün maraqlı mövzu axtarırlar. Onlarla fərdi şəkildə əlaqə qurun və sizin startupınız haqqında yazmağı xahiş edin.

6. Bloggerlərlə əlaqə qurun: İnsanlar müxtəlif bloqları oxumağı xoşlayırlar. Qurduğunuz startupın sahəsinə aid olan bloggerlərlə ünsiyyət qurun və sizin haqqınızda yazmağı xahiş edin.

7. Pinterestdə post edin: Startupla əlaqəli olan bütün şəkilləri pinterestdə yerləşdirin.

8. Yarışma təşkil edin: Twitter və ya facebook-da startup haqqında məlumatlarıən ən çox paylaşan istifadəçiylərə saytınızda xüsusi təşəkkür edəcəyinizi elan edin. Hər həftənin qalibinə startup adından xüsusi təşəkkür edin.

9. Facebook qrupu qurun: Qurduğunuz startupla maraqlanan istifadəçiləri qrupa əlavə edin və onlardan eyni maraqları olan dostlarını qrupa əlavə etməyi xahiş edin.

10. Facebook qrup adminləri ilə əlaqə qurun: 10 000-dən çox bəyənilən facebook səhifələrinin adminləri ilə ünsiyyət qurun və sizin haqqınızda status yazmağı xahiş edin.

11. Emailiniz imza yerinə saytınızın linkini qoyun: Beləliklə yazdığınız bütün emaillərdə saytınızı reklam etmiş olacaqsınız.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
107
Başlıqları
194
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər