Niyə bəzi startuplar uğursuz nəticələnir?

Bloomberg biznes jurnalının araşdırmasına görə hər 10 startupdan 8-i quruluşunun ilk 18 ayı ərzində uğursuzluğa düçar olur. Yəni artıq startup qurmusunuzsa və ya qurmaq haqqında düşünürsünüzsə nəzərə alaq ki, statistik olaraq sizin müvəffəqiyyətli olmaq şansınız 20%-ə bərabərdir.



Bəs startuplar niyə uğursuzluğa düçar olurlar? Siyahını kifayət qədər uzatmaq olar amma gəlin əsas səbəblərə birlikdə baxaq:

1. Startupın maliyyə vəsaiti qurtarır: Startup qurulur, müəyyən dövrdə fəaliyyət göstərir amma kifayət qədər istifadəçi cəlb etmədən maliyyə problemi yaşayır ve startup fəalliyyətini dayandırır.

2. Startup komandası düzgün seçilmir: Startup komandasının bacarıqları bir-birini tamamlamalıdır. Məsələn, əgər vebsayt əsaslı startup qurulursa o zaman komandada mütləq dizayn, proqram təminatı ve biznes, marketinq sahəsini bilən mütəxəssislər olmalıdır.

3. Startup investor cəlb edə bilmir: Bir çox startup fəaliyyət dövründə investor cəlb edə bilmədiyi uçun böyüyə bilmir və eyni ideya əsasında fəaliyyət göstərən başqa startuplarla rəqabətə davam gətirə bilmədiyi üçün fəaliyyətini dayandırır.

4. Zəif məhsul: Startupın uğurlu olması üçün adətən əla ideya, əla məhsul, güclü komanda, əla icraat və biraz da şansa ehtiyac var. Məhsul deyəndə vebsayt, mobil tətbiq ves. nəzərdə tutulur. Sizin ideyanız əladırsa amma məsələn vebsaytınız çox pis dizayn olunub və ya gec yüklənirsə yəqin ki, saytınıza ilk dəfə gələn istifadəçi bir daha sayta gəlməyəcək.

5. İstifadəçi: Yuxarıda qeyd olunan bütün amillər ikinci dərəcəlidir. Startupların uğursuz olmasının ən əsas səbəbi istifadəçinin sevdiyi məhsulu təqdim etməməkdir. Bütün startupların məqsədi ya mövcud problemi həll etmək (məsələn Google istifadəçinin internetdə məlumatı sürətli şəkildə tapmaq problemini həll edir) və ya ehtiyacı ödəməkdir (Facebook insanların bir-biri ilə ünsiyyət saxlamaq ehtiyaclarını ödəyir).

Əgər sizin qurduğunuz startup bir müddət keçməsinə baxmayaraq inkişaf etmirsə yəqin ki, yuxarıda göstərilən səbəbləri bir daha nəzərdən keçirmək lazımdır.

İstinad olunan mənbələr:

1. paulgraham.com/startupideas.html
2. thenextweb.com/insider/2014/09/25/top-20-reasons-startups-fail-report/
3. fortune.com/2014/09/25/why-startups-fail-according-to-their-founders/
4. steveblank.com/2012/09/21/why-too-many-startups-er-suck/

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
112
Başlıqları
195
Reytinq
6.84

1 şərh

NaraGva
Biznesinizin qısa zamanda uğur qazanması üçün bu günün ən önəmli tələblərindən biri də məhz veb saytınızın olmasıdır. Bu barədə daha ətraflı öyrənmək üçün aşağıda qeyd olunmuş bloqu oxuya bilərsiniz: https://www.interactivemedia.az/saytlarin-hazirlanmasi/

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər