Daha bir ödəmə alternativi açılıb - E-pul.az

e-pul.az
Əldə etdiyimiz məlumata görə, Azərbaycan İnternet bazarı üçün daha bir ödəmə alternativi açılıb. E-pul.az adlanan sistem Bank dəstəyi ilə açılıb. Saytı qısa araşdıranca Bank Of Baku-nun məlumatları ilə qarşılaşmaq mümkündür. Domaini Whois etdikdə saytın NS-lərinin bankofbaku.com-da olduğu görülür:
e-pul.az
Dünən saytı incələdiyimizdə ödəmə hissəindəki qəbul edilən sorğuların da bankofbaku.com üzərindən yoxlanıldığını qeydə aldıq. Bu gün aparılan yoxlama zamanı isə texniki səhvlik yarandığını müşahidə edirik.
Görünür ki, sistem tam aktiv deyil, test olaraq istifadəyə verilir. Sistem haqqında əlavə məlumat aldıqda paylaşacağıq. Ancaq saytın özündə sistem haqqında verilmmiş məlumatları paylaşaq:
Haqqında
“E-Pul” – müxtəlif qurğulardan və rabitə kanallarından istifadə etməklə ödəmələrə imkan verən elektron ödəniş sistemidir. “E-Pul”da avtorizə olunmuş hər bir internet istifadəçisi ani onlayn ödənişlər etmək imkanı əldə edir. Siz hətta sistemdə qeydiyyat olunmasanız belə mal və xidmətlərin dəyərini ödəyə bilərsiniz!
“E-Pul” elektron pul kisəsinin üstünlükləri:
“E-Pul” servisinin sutkanın 24 saatı, həftənin 7 günü, fasiləsiz və istirahətsiz rejimdə çalışması;
Pul kisəsinin rahat doldura bilmək imkanı;
Eyni yerdən servisi idarə edə bilmək imkanı – yəni, vaxta qənaət və növbələrin olmaması;
Servisdən istifadənin sürətli, sadə və rahat olması;
Yüksək dərəcəli təhlükəsizlik.
Bir anlıq təsəvvür edin ki, əvvəllər müxtəlif yerlərdə etdiyiniz ödənişləri indi bir yerdən, bütün sutka ərzində, bayram və istirahət günlərsiz edə bilirsiniz. Tez, sadə, rahat və təhlükəsiz!
Biz bank kartları vasitəsilə internet-ödənişləri istisnasız olaraq hamı üçün – bütün şirkətlər və internet istifadəçiləri üçün əlçatar və anlaşılan ödəmə aləti etməyə can atırıq!

Təhlükəsizlik
:
Məlumatların şifrələnməsinin ən yeni proqram-aparat həlləri, yüksək səviyyəli platformalar və məlumatların ikitərəfli təhlükəsizlik kanalları “E-Pul” elektron ödəniş sisteminin və ödəmələrin təhlükəsizliyini təmin edir. “E-Pul” təhlükəsizlik standartının tələbləri informasiya infrastrukturunun bütün səviyyələrdə imtinaya davamlılığını təmin etməyə yönəlmişdir. “E-Pul”-un dəqiq sazlanmış şəbəkə qurğuları və serverləri mühafizə olunan otaqlarda yerləşir. Təhlükəsizlik fasiləsiz monitorinq və müntəzəm keçirilən audit vasitəsilə təmin edilir. Xüsusi tədris keçmiş personal müəyyən edilmiş prosedurlara uyğun olaraq informasiya sistemlərini idarə edir. “E-Pul” müştərilərinin pul vəsaitlərini və şəxsi məlumatlarını qorumaq üçün dələduzluq hərəkətlərinin aşkar edilməsi və vaxtında onların qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Mövcud olan təhlükələr barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə bölmə hazırlanmışdır. Bölmədə biz təhlükəsizliyin təmin edilməsi üzrə əsas tədbirləri və tövsiyələri təqdim etməyə çalışmışıq.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
85
Başlıqları
178
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər