Azərbaycanda yeni onlayn geyim mağazası fəaliyyətə başladı


Azərbaycanda yeni onlayn geyim mağazası fəaliyyətə başlayıb. Onlayn mağaza -  www.modaha.com domen ünvanında yerləşir. Mağaza hər həftə fərqli markaların bir neçə çeşiddə məhsulları təqdim edəcək.  

Əksəriyyət Türkiyə istehsalı olmaqla beynəlxalq markaları birləşdirən Modaha.com müştərilərinə bu markaların geyim, ayaqqabı, aksesuar, kosmetika və parfümeriya məhsullarını 25-90% endirimli qiymətlərlə təqdim edəcək.

Onlayn fəaliyyət göstərən «Modaha»da geyim və aksessuarların keyfiyyətindən tutmuş, göstərilən xidmət səviyyəsinədək bütün qaydalar daimi inkişaf etdirilir, saytın müxtəlif bölmələri istifadəçilər üçün daha asan və əlverişli vəziyyətə salınır. O cümlədən, çatdırılma xidməti daha da inkişaf etdirilərək regionlara çatdırılma da təmin olunur.

Dünyada əsas tendensiyaya çevrilən onlayn alış-veriş son zamanlar Azərbaycanda da inkişaf edir. Bu isə artan tələbatdan irəli gəlir. Yeni saytda təqdim olunan çeşid genişliyi və dünyanın müxtəlif brendlərinin müxtəlifliyi mağazaları dolaşmadan, rahat alış-veriş etmək imkanı təqdim etməklə yanaşı insanlara evi və ya iş yerini tərk etmədən alış-veriş edərək vaxta qənaət imkanı yaradır. Digər tərəfdən, bu saytda təqdim olunan brend və geyim çeşidlərinin heç də hamısına mağazalarda rast gəlmək mümkün deyil.  www.modaha.com -da hər həftə Avropanın və Türkiyənin Azərbaycanda olmayan 10-dan artıq fərqli brendlərinin geyim və aksessuarları təqdim olunur.  
Məhsulların orijinallığı – Məhsulların Türkiyə və Avropa istehsalı olması onların keyfiyyətinə zəmanət verir. Bundan əlavə, saytda mütəmadi endirim və xüsusi kompaniyaların keçirilməsi onlayn mağaza istifadəçilərinə xüsusi imkanlar yaradır.

Onlayn mağaza- Modaha sifarişləri dekabr ayı ərzində Yeni illə əlaqədar olaraq pulsuz çatdırır. Sifarişçi əldə etdiyi geyim, ayaqqabı və aksessuarı 15 gün ərzində dəyişə və ya geri qaytarmaq hüququna malikdir.






Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
96
Başlıqları
184
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər