“Instagram”da hekayə hissəsinə sorğu əlavə olundu


Instagram son zamanlarda olduqca məşhur olan hekayə (story) hissəsinə “anket” (sorğu) adını verdiyi yeni bir funksiya əlavə etdi.

Anket əlavə etmək Instagram-dakı digər funksiyalara bənzəyir. Hekayənizdəki görüntüyə anket funksiyasını sürüşdürüb buraxanda sizlərə avtomatik olaraq sual və cavab variantları təqdim edir.
Hekayənizə baxan insanlar sorğuya qatılmaq üçün sizin təqdim etdiyiniz varianta klik edərək cavablandıra bilərlər.

Beləliklə hekayəni paylaşan şəxs hekayəsini kimlərin gördüyünə, umumi səs sayına, kimlərin səs verdiyinə, kimlərin hansı variantı seçdiyini izləyə bilər.

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər