Cəbhədəki vəziyyət sosial mediada: "#KarabakhNow", "#TürkiyeSeninleAzerbaycan", "#Əsgərlərimizləyik"


Aprelin 1-dən 2-nə keçən gecə erməni işğalçılarının törətdikləri təxribatlar nəticəsində Qarabağ cəbhəsində vəziyyətin kəskinləşməsi sosial mediada da geniş rezonans doğurub. Belə ki, həm yerli istifadəçilər, həm də digər ölkələrdən olan internet istifadəçiləri sosial media kanallarına məsələyə münasibət bildirərək, müxtəlif paylaşımlar və sloqanlarla Azərbaycana dəstək olduqlarını ifadə ediblər. Facebook-da əksər profil şəkilləri Azərbaycan bayrağına bürünüb. Bundan əlavə "#əsgərlərimizləyik", "#igidəsgərmöhkəmdayan" "#vurkomandirvur", "#cebhe", "#şəhidimizvar", "#Azerbaycanəsgəri" və s. kimi həştəqlərlə də yerli istifadəçilər ordumuza, əsgərlərimizə dəstəklərini bildirirlər.

Bu istiqamətdə qardaş Türkiyənin internet istifadəçiləri daha çox aktivlik göstərərək "#TürkiyeSeninleAzerbaycan" həşteqi ilə «Twitterin» qlobal trend siyahısına çıxa biliblər. Bu həşteqlə paylaşımlar edən türkiyəlilər Azərbaycana birmənalı dəstək ifadə edirlər:



Bundan əlavə yerli istifadəçilər paylaşımlarında Rusiya və Ermənistana məxsus bəzi kütləvi informasiya vasitələrinin yaydığı dezinformasiyala da münasibət bildirirlər:

Qlobal paylaşımlarda isə "#KarabakhNow", "#NKpeace", "#KarabakhAzerbaijan", "#Azerbaijan", "#Karabakh" "#Garabag" həştəqləri diqqət çəkir. İngilis və rus dili bilikləri olan yerli istifadəçilər bu həştəqlərdən aktiv istifadə edərək sosial şəbəkələrdə Azərbaycanın haqq səsini daha geniş auditoriyaya çatdıra bilərlər.

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

1 şərh

annlike
Dans la montre d'aujourd'hui, il y a une classe de montres, est la chère des yeux des consommateurs, mais aussi les yeux du trésor de l'industrie, replique montremais répétés par les experts pour s'en débarrasser, c'est comme un beau rêve, nous désirons un En 1960, [url=http://www.repliquemontreluxe.com]replique montre[/url]

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər