Linkedin istifadəçilərinin 40 %-inin gəliri ildə 100 min dollardan çoxdur


Reid Hoffman tərəfindən 2002-ci ildə yaradılan “Linkedin” sosial mediada CV paylaşılması sahəsi sektoruna addım atdı. Linkedin hazırda istifadəçilərinin iş həyatındakı professionallığı səbəbindən “ən elit sosial media platforması” olaraq tanınır.

Aparılan araşdırmalar Linkedin istifadəçilərinin bir çoxunun ali təhsilli oldğunu qeyd edir. Dünyanın 4 bir yanında istifadəçilərinin maraq göstərdiyi bir sosial media kanalı olan Linkedinin bu uğurunun arxasında sektroun öndə gələn şəxsləri (LinkedIn Influencers) və daxili strategiyaları yer alır.

Linkedinin uğurunun arxasında, həmçinin, istifadəçilərinin maddi gücünün yatdığı da məlum olur. “comScore” tərəfindən edilən analizə görə, Linkedin istifadəçilərinin 40 %-i ildə 100 min dollardan çox qazanır. İstifadəçilərinin 31 %-nin qazancı isə internet istifadəçilərinin tamamının ortalama qazancından yüksəkdir.

Bu vəziyyət aylıq 80 milyon ziyarətçissi olan bu saytın varlı istifadəçilərinə sahib olmaq istəyən reklamverənləri də hərəkətə gətirdi. Aparılan araşdırmalarda Linkedinin bu ilin üçüncü rübündə reklam gəlirlərinin keçən ilin 45%-dən çox olduğunu göstərir.

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər