"Skype Translator" ilə istədiyiniz dildə danışacaqsız


Məşhur online ünsiyyət vasitəsi olan Skype xidməti səsli zənglər zamanı danışığı avtomatik başqa dillərə tərcümə edən “Skype Translator” funksiyasının sınaq versiyasını təqdim edib.

“Skype Translator”un ilkin versiyası səsli zənglər zamanı hələ ki ispan və ingilis dillərində danışığın sinxron tərcüməsini təmin edəcək.

Bundan başqa, “Skype” istifadəçilərinə ani mesajların 40-dan çox dildə tərcüməsi əlçatan olacaq. Funksiyanı sınaqdan keçirmək üçün “Skype Translator” saytında qeydiyyatdan keçmək, qeydiyyat zamanı ispan dilini seçmək və xidməti “Windows 8.1” platforması ilə işləyən qurğudan işə salmaq lazımdır.
“Skype Translator” danışığın tanınması, avtomatik tərcümə texnologiyalarından istifadə edir.

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər