Tumblr və Pinterest - sürətlə böyüyən sosial şəbəkələr


2014-cü ilin əvvəllərində ən sürətlə böyüyən sosial platformalar arasında Instagram zirvədə idi. İndi isə vəziyyət fərqlidir. TumblrPinterest aktiv istifadəçi sayına görə “Instagram”ı geridə qoyur.

Global Web İndex-in verdiyi son məlumata görə, “Tumblr”ın aktiv istifadəçi sayı son 6 ayda 120 % artıb. “Pinterest” də eyni zamanda öz istifadəçilərinin artımı ilə “Tumblr”dan sonra 2-ci yerdədir. Global Web İndex-in statistikasına əsasən, əgər ilin əvvəlində “Instagram” 1-ci yerdə idisə, indi 3-cü yerdə qərarlaşıb. “Facebook” isə geriləyib və siyahının 10-cusudur. Bir vaxtlar sosial mediada “hökmranlıq” edən “Facebook” hətta Linkedin, Youtube, Google+ və Twitterdən də geridədir.

Bu rəqəmlərin yalnız istifadəçi sayı baxımından irəliləmə ilə əlaqədar paylaşıldığı unudulmamalıdır. Ümumilikdə, aktiv istifadəçi sayından baxdıqda “Tumblr” siyahıda 8-ci yerdədir. “Facebook” isə təbii ki, hələ də siyahıda 1-cidir. “Tumblr”ın istifadəçilərini daha çox gənclər təşkil etdiyi halda, “Facebook”dan digərlərindən fərqli olaraq bir qədər yaşlı təbəqə istifadə edir.
Bəs mobil dünyada vəziyyət necədir?

Burda artıq vəziyyət fərqlidir. Böyümə sürətinə görə, “Snapchat” siyahıya başçılıq edir. İstifadəçi sayı baxımından son 6 ayda 56 %-lik bir artım göstərən “Snapchat”dan sonra “Facebook Messenger” gəlir. “İnstagram” mobil xüsusiyyətlərinə görə də 3-cüdür. “İnstagram”dan sonra müvafiq olaraq, “Line”, “Pinterest”, “Kako Talk”və “Vine” gəlir.

Global Web İndex-in hesabatının sonunda maraqlı bir məqam da var. ABŞ və ingilis istifadəçilərinin 50 %-nin daha əvvəlki illərə görə, çox az “Facebook”a daxil olduqları müəyyənləşdirilib. “Facebook”un aktiv istifadəçi sayı baxımında öndə olması şirkətin gələcəyi üçün nə qədər güvənilir olsa da, sosial media bazarı olduqca rəqabətyönlüdür. //Sevil

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər