Sosial şəbəkələrin istifadəçi nisbətinə görə reytinqi


«Global Web Index» sosial şəbəkələrlə bağlı növbəti rüblük hesabatını açıqlayıb. Sosial şəbəkələrin auditoriyasının artım tempinin təhlil olunduğu araşdırmaya əsasən, məlum olub ki, «Facebook» sosial şəbəkəsi artıq fəal auditoriya toplamaq iqtidarında deyil. Lakin buna baxmayaraq «Facebook» aktiv istifadəçilərin sayına (1,35 milyard) görə liderdir.

İstifadəçi baxımdan artım tempinə görə y«Tumblr» sosial şəbəkəsinin aktiv istifadəçi bazası il ərzində 120 faiz artdığı halda həmin müddət ərzində «Facebook»un artımı cəmi 2 faiz yüksəlib. «Pinterest» sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 57 faiz, «Facebook»da 6 faiz artıb. «Instagram», «LinkedIn», «Twitter», «YouTube» və «Google+» şəbəkələri «Facebook»dan daha sürətli populyarlıq qazanırlar.

Mobil əlavələr seqmentində də vəziyyət oxşardır. «Facebook» ən populyar əlavə olaraq qalsa da, artım tempinə görə rəqiblərindən xeyli geri qalır. Belə ki, «Snapchat» şəbəkəsi il ərzində istifadəçi bazasını 56 faiz artırıb. Oxşar nəticələri «Instagram» şəbəkəsi də nümayiş etdirib. Artım yalnız «Facebook Messenger» əlavəsində qeydə alınıb.
Hazırda dünyada 3 milyard insan internetdən istifadə edir ki, onun da 1,35 milyardı «Facebook»a daxil olur. Bununla yanaşı, «Facebook» istifadə aktivliyinə görə əsas rəqibləri – «Twitter» və «Google+»dan öndədir.

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər