Şirkətinizin sosial media imkanlarını artırmaq üçün...


Sosial media səhifəsinin mövcudluğu şirkətlərin öz öhdəliyində olsa da, sosial medianın reklam strategiyasında önəmli paya sahib olduğu şübhəsizdir. Lakin uğurlu reklam siyasətinə sahib olmaq əhəmiyyətlidir. Çünki yanlış addımlar atılarsa, şirkəti nəinki irəliyə, hətta geriyə apara bilər.
Bəs sosial mediada öndə olmaq istəyirsinizsə, nələrə diqqət etməlisiniz?

Dəyərləndirmək və müqayisə etmək ilk mərhələdə sosial media ilə təşkilatın məhsullarının nə qədər bütünləşə biləcəyi hesablanmalıdır. Bəzi analizləri doğru yerinə yetirdikdən sonra şirkətlərin sosial mediada kifayət qədər oturuşması mümkün ola bilər. Sosial media strategiyasını hazırlayarkən buradakı reklamın şirkətin imicinin tanıtımında, yaxud iqtisadi gəlir gətirməkdə maraqlı olduğunu dəqiqləşdirərək buna uyğun planlaşdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, şirkətin tamamından başqa, bəzi departmentlərin xüsusi yer almağı nəzərdə tutula bilər. Məsələn ictimaiyyətlə əlaqələr yaxud İnsan qaynaqları şöbələrinin təməli əlaqə üçün nəzərdə tutulduğu üçün tamamilə sosial mediaya inteqrasiya edilə bilərlər.

Sosial mediaya qatılmağa qərar verəndən sonra növbəti addım orada hansı paylaşımları edəcəyiniz, nələri önə çıxaracağınızdır. Bunun üçün şirkətin sosial media ilə yaxından maraqlanan işçilərindən fikirlər almaq da avantaj gətirə bilər. Müxtəlif sosial fəaliyyətlər şirkətin imicini yüksəldəcək və potensial müştərilərlə tanışlıq şansı yaradacaq.

Potensial müştərilər nə haqda danışırlar?

Amazon şirkətinin yaradıcısı Cef Bezos brendlər haqqındakı reallıqları «insanların siz otaqda olmayarkən haqqınızda dedikləri» kimi ifadə edir. Buna görə də şirkət və ya məhsullarınız haqqında danışılanları həştəqlər yaxud açar sözlər vasitəsilə izləyə bilmə imkanınızın olması sosial medianın ən önəmli cəhətlərindən biridir. Məsələn son olaraq ölkəmizdə keçirilən Fanta Gənclik festivalı günündə #bugunseningunundur ilə Instagramda paylaşılan şəkillər vasitəsilə şirkət xeyli sayda insanı bu sosial fəaliyyətə cəlb edə bidi.

Müştəri qruplarına diqqət etmək

Şirkətlərin sosial mediada konkret qruplar tərəfindən izlənilmədiyini söyləmək olmaz. Bu platformalarda sosial qrupları da özünüzə qataraq yüksək göstəricilər əldə edə bilərsiniz. Xüsusilə Facebook və Linkedİn kimi sosial şəbəkələrdə bu çox önəmlidir.

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər