"LinkedIn" əsas gəlir mənbəyini açıqladı


Professional işgüzar sektora yönəlik sosial şəbəkə LinkedIn 2014-cü ilin üçüncü rübünə olan hesabatını açıqlayıb. Şirkət gəlirlərini 45% artırmağı bacararaq sonuncu rübdə 568 milyon dollar qazanc əldə edib.

Keçən ilin eyni dövründə şirkətin gəliri 393 milyon dollar idi.
LinkedIn CEOsu Jeff Weiner 300 milyondan artıq üzvü olan sosial şəbəkənin son bir il də gəlirləri ilə yanaşı, uzun müddətli stratejik maliyyə yatırımlarını və coğrafi əhatə dairəsini də genişlənditrdiyini bildirib.

Şirkətin gəlirləri üç müxtəlif xətt üzrə hesablanır:

-Ən çox gəliri iş elanlarından əldə edən şirkət son rübdəki qazancının 61%-ni bu elanlardan qazanıb.
-.LinkedInin reklamdan əldə etdiyi gəlir isə 109 milyon dollardır.
-Premium üzvlüklərdən gələn qazanc ümumi gəlirin 20%-ni təşkil edir.

2014-cü ilin son rübündən 600 milyon dollar gəlir gözlədiyini bildirən LinkedIn ilin ümumi gəlirinin 2,175 milyard dollar ilə 2,180 milyard dollar arasında olacağı proqnozlaşdırır.

Aid olduğu bloglar

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər