Instagrama “Mənə sual ver” özəlliyi gəldi



İnstagram istifadəçilərinə yepyeni bir özəllik daha təqdim olundu. Bu özəllik sayəsində istifadəçilər “Mənə sual ver” düyməsi üzərindən bir-birlərinə sual yönləndirə biləcəklər.

İnstagramın keçdiyimiz həftədən etibarən testlərini apardığı “Mənə Sual Ver” xüsusiyyəti bugün etibariylə rəsmən istifadəyə açıldı. İstifadəçilər arasındakı münasibəti artıracaq olan yeni özəllik sayəsində bir istifadəçinin hekayə hissəsində paylaşdığı məzmun üzərinə birbaşa mesaj atmaq yerinə xüsusi sual vermək artıq münkündü.

“MƏNƏ SUAL VER” NƏDİR?

Rəng və arxa plan kimi variantlarla özəlləşdirilə bilən sual qutuları sayəsində istifadəçilər bu yeni imkanı özlərinə görə vizual bir formata çevirə bilirlər. İndidən geniş şəkildə istifadəsinə başlanan “Mənə Sual Ver” yeniliyi hekayələrə xüsusi mesaj yoluyla cavab vermək yerinə sual soruşaraq qarşılıq verməyi təmin edir.

Hər keçən gün istifadəsi və məşhurluğu artan İnstagram aylıq 1 milyard aktiv istifadəçiyə sahibdi. Şəkil və video paylaşımlarının ardından hekayələr funksiyası ilə böyük əks-səda yaradan sosial şəbəkə istifadəçilərin ən çox üstünlük verdiyi adreslərin başında gəlir. Bilindiyi kimi İnstagram keçdiyimiz günlərdə İG TV-ni tanıtmış və 1 saata qədər ola bilən videolarla YouTue-a rəqib bir platforma yaratmışdı.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
75
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər