''İnstagram" -ın dəyəri 100 milyard dollara çatdı


Facebook-un sahib olduğu məşhur şəkil və video paylaşım şəbəkəsi İnstagram-ın bazar dəyəri 100 milyard dolları aşdı.

Facebook tərəfindən 2012 ilində 1 milyard dollara alınan İnstagram aradan keçən 6 ildə dəyərini 100 qat artırdı. Qapalı bir şəkil paylaşım şəbəkəsi olaraq istifadəyə verilən tətbiq qısa müddət əvvəl elan etdiyi İGTV ilə 1 saata qədər uzunluqdakı videolara ev sahibliyi edən bir platforma yaratdı.

Bloomberg Intelligence-in hesabatına görə İnstagram Facebook-dan sürətli üzv qazanır və ildə 10 milyard gəlirə çatmaq üzrədi. Bu ay 1 milyard istifadəçini keçən İnstagram hazırlanan hesabata görə son 12 ayda 10 milyard dollardan çox gəlir eldə etmiş ola bilər. Analitik Jitendra Waral-ın hazırladığı bu hesabata görə Facebook-un ana səhifəsindən çox istifadəçi çəkən İnstagram önümüzdəki 5 ildə 2 milyard istifadəçiyə çata biləcək kimi görünür.

Hesabatda diqqət çəkən digər nöqtə isə İnstagram istifadəçi kütləsinin Facebook-a görə daha gənc olmasının reklam verənlər tərəfindən müsbət qarşılandığı məlumatı oldu. Bu səbəbdən Facebook ana vətənində istifadəçi itirərkən İnstagram ABŞ-da belə inkişafını davam etdirdi.

Gələn il boyunca Facebook-un gəlirinin yüzdə 16-sını əhatə edəcək olan İnstagram üçün eMarketer məlumatlara görə əvvəlki il bu nisbət 10,6-dı. Waral 2018 gəlirlərinin böyük hissəsinin bu gün olduğu kimi ana səhifə axışındakı reklamlar olacağını, TV platformunun isə gəlirdə önəmli pay almaq üçün çox gənc olduğunu xatırlatdı.

Facebook itirərkən Instagram və WhatsApp böyüyür

Facebook-a daxil olan İnstagram və Whatsapp sosial şəbəkələrinin tərsinə istifadəçi saylarını artır. Son illərdə yaşanan və Cambridge Analytica firmasının adının qarışdığı məlumat skandalları Facebook-un istifadəçi artımının azalmasınına səbəb olmuşdu. Xüsusiylə gənclər Facebook yerinə İnstagram kimi sosial şəbəkələrə üstünlük verir.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
75
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər