Azərbaycanda Facebook istifadəçilərinin sayı azalıb

Facebook
Global State statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 8,6 faiz azalıb. Facebook sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aprelin sonuna 80,1 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 16,8 faiz ötür.

ƏLAVƏ OXU: Facebook Messenger tətbiqinə pulsuz VOIP video zənglərini əlavə edir

2015-ci ilin ilk 4 ayı ərzində isə Twitter istifadəçilərinin sayı 33 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda aprelin sonuna Twitter-ın payı 7,49 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 16,5 faiz çoxdur.

Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 6,19 faizlə Vkontakte qərarlaşıb. Tumblr — 2,09 faiz, Pinterest — 1,63 faiz, Google+ — 1,43 faiz, StumbleUpon 0,38 faizlə sonrakı yerləri tutur.

Mənbə: az.trend.az/business/it/2390509.html

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
197
Reytinq
0.00

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
152
Reytinq
-1.13

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
71
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər